Rafael Santi
Rafael Santi (6 aprel 1483[1][2][…] və ya 28 mart 1483[3], Urbino[d][1][4][…] – 6 aprel 1520[3][1][…], Roma, Papa dövləti[1][4][…]) — məşhur italyan rəssamı. Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır.
Rafael Santi | |
---|---|
it. Raffaello Sanzio | |
Doğum adı | Raffaello Sanzio |
Doğum tarixi | 6 aprel 1483[1][2][…] və ya 28 mart 1483[3] |
Doğum yeri | |
Vəfat tarixi | 6 aprel 1520[3][1][…] (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş, memar, boyakar[d], memarlıq çertyojçusu[d], dizayner, saray rəssamı |
Janrlar | tarix rəssamlığı[6], portret rəssamlığı[d], portret[6], dini incəsənət[d][6], mifologiya rəssamlığı[d][6] |
Stillər | italyan intibahı, Yüksək İntibah |
Tanınmış işləri | |
Tələbələri | Culiyo Romano[d][7] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi.
Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib. Romaya gəldiyi zaman, Mikelancelo, Julius'un etdirdiyi Sikst kilsəsinin bəzəyini çəkirdi. Rafael, burada ilk olaraq Papanın kitabxanasını dekorasiyaya etdi. Çəkdiyi teolojik, fəlsəfi, lirik hesabatlarında sükunət; rənglərdə ahəng; mövzularda aydınlıq və bir bütün ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlamasıdır. 1513-1521 illəri arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtüləri, Sikst kilsəsində istifadə edilmişdir. 1514-ci ildə, Papa Leo Xin əmri altında da Saint Peter Bazilikasının baş memarı oldu. 37-ci ad günündə, 6 aprel 1520-ci ildə, Romada öldü. Rafael, Avropada klassik rəssamlığın əsasını qoymuşdur. Michelangelodan fərqli olaraq görünən hər şeyi bütün zənginliyi tabloya köçürmüş, tarixi və xristianlığa aid dini mövzulara sadiq qalmışdır.
Əsərləri
İstinadlar
- https://data.bnf.fr/ark:/12148/cb12215591q.
- Istituto dell'Enciclopedia Italiana Raffaèllo Sanzio // Enciclopedia on line (it.).
- BeWeB.
- Raphael / Italian painter and architect / Also known as: Raffaello Santi, Raffaello Sanzio, Raphael Sanzio // Encyclopædia Britannica (ing.).
- Find a Grave (ing.). 1996.
- RKDartists (nid.).
- ECARTICO (ing.).