Rafael Qvaladze

Rafael Qvaladze (1 yanvar 1948, Laqodexi, Kaxetiya) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990).

Rafael Qvaladze
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1948(1948-01-01) (76 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar hüquqşünası Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Həyatı

1 yanvar 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Fəaliyyəti

Fəaliyyətə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlamışdır. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləmişdir.[1]

İstinadlar

  1. "Rafael Qvaladze: Hakim". 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.