Radius
Radius (latınca: radius — təkərin oxu, şüa) - çevrənin yaxud sferanın mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu. Radius diametrin yarısını təşkil edir.
Radius sözünə ilk dəfə 1569-cu ildə Fransız alimi P. Ramusun əsərlərində rast gəlinmişdir. XVII əsrin sonlarında bu söz alimlər arasında ümumi termin kimi qəbul olundu.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.