Radik İsmayılov

İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru.

Radik İsmayılov
Radik Arzuman oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Arzuman İsmayılov
Elmi dərəcəsi sosiologiya üzrə fəlsəfə doktoru
İş yeri ARB 24
Təhsili BDU Jurnalistika fakültəsi
Elmi rəhbəri Rövşən Mustafayev
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

"Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.

Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır.[1]

2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur.

22 iyul 2020-ci ildə "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]

Elmi əsərləri

  • Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
  • Savaş jurnalistləri "ordusuna" peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: “Şərqi-Rus”-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
  • Ekstremal jurnalistika (praktik vəsait) / Bakı, 2003 (həmmüəllif)
  • Azərbaycanda milli özünəməxsusluqlar siyasi-mənəvi qloballaşma çağında // AMEA aspirantlarının elmi konfransının materialları. II hissə. Bakı: “Elm”, 2006.
  • Qloballaşma: sosial dəyişikliklər və informasiya texnologiyaları // Dirçəliş – XXI əsr. № 104-105 / 2006.
  • Transsərhəd televiziya qloballaşmanın mexanizmi kimi // Dirçəliş – XXI əsr. №112-113 / 2007.
  • Transmilli terrorizm qloballaşma dövründə Azərbaycanın inkişafına əsas təhdid kimi // Sosial-siyasi problemlər. №1 (18) / 2008.
  • Müasir şəraitdə Azərbaycanda sosial mühitin inkişafının əsas xüsusiyyətləri və meylləri // Sosial-siyasi problemlər. №2-3 (19-20) / 2008.
  • Millətlərüstü strukturların Azərbaycanda demokratik təfəkkürün formalaşmasına təsiri // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. №4 / 2008
  • Социо-культурные проблемы азербайджанского общества в условиях глобализации // Ұлт тағылымы. Казахстан. №3 / 2009
  • Социокультурные проблемы азербайджанского общества в условиях глобализации // Вестник Челябинского государственного университета. Философия. Социология. Культурология. Выпуск 13. Челябинск. №29 (167) / 2009
  • Социальные противоречия в современном азербайджанском обществе // Социально-гуманитарные знания. Москва. №6 / 2009

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.