Radde dağ gürzəsi

Radde dağ gürzəsi[4] (lat. Vipera raddei) - Gürzələr fəsiləsinə daxil olan ilan növüdür. Zəhərli canlıdır.

Radde dağ gürzəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Radde dağ gürzəsi
Beynəlxalq elmi adı
Sinonimləri
  • Vipera xanthina Strauch, 1849[2]
  • Vipera xanthina Strauch, 1873
  • Vipera raddei Boettger 1890[2]
  • Vipera raddii Boulenger, 1896
  • Coluber raddei Nikolsky, 1916
  • Vipera lebetina raddei Schwarz, 1936
  • Vipera xanthina raddei Mertens, 1952
  • Daboia (Daboia) raddei raddei Obst, 1983
  • Daboia raddei Engelmann et al., 1985
  • Vipera raddei Nilson & Andrén, 1986
  • Vipera raddei kurdistanica Nilson & Andrén, 1986
  • Vipera raddei Latifi, 1991[3]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  1058458
NCBI  110212

Təsviri

Bədənin uzunluğu 1010 mm, bədənin uzunluğunun quyruğun uzunluğuna nisbəti L/L.cd. 12.0 – 12.8. Bədənin orta hissəsində onu bir cərgədə əhatə edən pulcuqların miqdarı 23, bədənin qarın tərəfində olan qalxancıqların miqdarı 170 - 185, anal qalxancığın miqdarı 1, quyruqaltı qalxancıqların miqdarı 25 - 35 cütdür. Başın üst tərəfi qabırğacıqlı pulcuqlarla örtülmüşdür. Yalnız sifətin ucundakı pulcuqlar qabırğasızdır. Gözüstü qalxancıqlar hər tərəfdə güclü şəkildə itiləşərək bir çıxıntı əmələ gətirir. Gözün üst tərəfindəki pulcuqlar ayrı bir sıra əmələ gətirir. Bədənin üst tərəfi tutqun boz rəngdə olub, qonur çalara malikdir. Bədənin bel hissəsi boyunca bir sırada sarımtıl-narıncı və qəhvəyi xallar tutqun rənglə haşiyələnmişdir. Bəzən bu xallar bir-biri ilə birləşərək dalğavari (ziqzaqşəkilli) zolaq əmələ gətirir. Bədənin yanlarında tutqun, hərdən isə zəif nəzərə çarpan xallar sırası olur. Peysər hissə 2 tutqun çəp zolaqla ayrılır, hərdən isə bu zolaqlar arxa hissədə birləşir. Qarın tərəfdə çoxlu miqdarda xallar olur. Quyruğun uc hissəsi alt tərəfdən sarımtıl-narıncı rəngdədir.

Yayılması

Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Türkiyə və İranın bir sıra rayonlarında nominativ Vipera raddei raddei Boettger, 1890 yarımnövü yayılmışdır. Bu yarımnöv öz rənginə görə digər yarımnövlərdən fərqlənir.

Yaşama yeri və həyat tərzi

Bitki örtüyü seyrək olan qayalı dağlarda yaşayır. Azərbaycanda Naxçıvan Muxtar Respublikasında Ordubad rayonunun yüksək dağlıq hissəsində gəvən və digər yarımkol bitkiləri olan sahələrdə, Ermənistan Respublikasının Mehri rayonunda, Maralzəmi kəndi ətrafında, Dastun və Kacaran aşırımında seyrək kol və yarımkol bitkiləri olan yüksək dağ yamaclarında, qayalıqlarda və daş topaları olan sahələrdə yayılıb. Radde dağgürzəsi Şahbuz rayonunun meşə sahəsində dəniz səviyyəsindən 2000 m yüksəklikdə alp çəmənliyində rast gəlinir. Mehri rayonunda Liçk kəndi ətrafında dəniz səviyyəsindən 2500 m hündürlükdə gəvən kolunun içərisindən əldə edilmişdir. Qış yuxusundan aprel ayının birinci yarısında oyanır. Oktyabr ayının sonunda qış yuxusuna gedir. Bala doğmaqla çoxalır. İnkişafı metamarfozsuz olub, düzünə inkişaf tipində gedir. Cinsi yetişkənliyə 3 yaşında çatır. Adətən dişi fərd avqust ayında 4 - 5 bala doğur. Lakin dişi fərdlərin bədən ölçüsündən asılı olaraq balaların sayı 3 - 11 arasında dəyişə bilir. Doğulmuş balaların uzunluğu 127 – 138 mm olur..

Mənbə

  • 1. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978, стр. 148 - 149;
  • 2. Алиев Т.Р. Материал по изучению гадюки Радде (Vipera raddei) на территории Нахичеванской АССР. Материалы научной конференции аспирантов Академии Наук Азербайджанской ССР. Баку: Элм, 1973, стр. 97 - 99;
  • 3. Алиев Т.Р. Ядовитые змеи Азербайджана. Автореферат. Баку, 1974. стр. 21;
  • 4. Tуниев Б.С., Орлов Н.Л., Ананьева Н.Б. Змеи Кавказа: таксономическое разнообразие, распространение, охрана. Товарищество научных изданий КМК, Санкт-Петербург-Москва, 2009, стр. 117 - 119.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. ISBN 1-893777-00-6 (series). 511 pp. ISBN 1-893777-01-4 (volume).
  3. "AMEA. Zoologiya İnstitutu. Sürünənlər". 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.