Rada Nəsibova
Rada Ziyad qızı Nəsibova (29 oktyabr 1982, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası.
Rada Nəsibova | |
---|---|
Doğum adı | Rada Ziyad qızı Nəsibova |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2002-h.h. |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır.[1]
Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır.
Mükafatları
6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[2].
Teatr səhnəsindəki rolları
Sıra | Tamaşa | Rol | İllər |
---|---|---|---|
1 | Oqtay Eloğlu | Sevər | |
2 | Nəsrəddin | Pəri | |
3 | Ağa Kərim xan Ərdəbili | Leyla | |
4 | Təklif | Nataliya | |
5 | Tribunal | Nadya | |
6 | Durnalar qayıdanda | Günay | |
7 | Məhəbbət əzabları | Reyhan | |
8 | Kömürçü ailəsi | Mərziyyə | |
9 | Xurşidbanu Natəvan | Təhminə | |
10 | Mesenat | Tələbə qız | |
11 | Gəl, Novruzum | Bahar qızı | |
12 | Varlı qadın | Cangüdən | |
13 | Kvazimodo | Qara təlxək | |
14 | Şir və Dovşan | Qarğa | |
15 | Tülkü, Tülkü, Tünbəki | Bala dovşan | |
16 | Sərgüzəşti vəziri xanı Lənkəran | Şölə xanım | |
17 | Qanlı Nigar | Bədidə | |
18 | Kabuslar | Məşuqə | |
19 | Teleskop | Ruh | |
20 | Ölülər | Zeynəb | 2016 |
20 | Almaz[3] | Yaxşı | 2017 |
21 | Cəhənnəm sakinləri | Qonşu | 2017 |
22 | Boy çiçəyi | Xurşud | 2018 |
23 | Mənim günahım | Ayqız | 2019 |
24 | Kölgə | Annunsiata | 2016 |
25 | Yaşar | Yaqut | 2019 |
Filmoqrafiya
Sıra | Film | Rol | İllər |
---|---|---|---|
1 | Girov | kəndli qız | 2005 |
2 | Mənim üçün varsan | Aynur | 2005 |
3 | Sarı gəlin | Firuzə | |
4 | Qu rəqsi | Sülhiyyə | |
5 | 100000 AZN | Qırmızı paltarlı qız | 2009 |
6 | Gürzə | Nigar | 2009 |
7 | Qaydasız döyüş | Nigar | 2009 |
8 | İstanbul reysi | Falçı | 2010 |
9 | Yaddaş | Arzu | 2010 |
10 | Bir anın həqiqəti | Jurnalist | |
11 | Ünvansız eşq | Leyla | |
12 | Aramızda qalsın | Lalə | 2011 |
13 | Qayınana | Sədaqət | 2011 |
14 | Bir ailəm var | Nazlı | 2013-2016 |
15 | Cehizsiz gəlinlər | 2016 | |
16 | Telefon | Rəna | 2016 |
17 | Əraf | Ana | 2018 |
18 | O gecə | Pəri | 2018 |
19 | Bir qadın | Nərgiz | 2019 |
20 | Köhnə çamadanlar | 2022 |
İstinadlar
- Nəsibova, R. “O zaman sevinərəm ki, hansısa filmimiz Oskar ala”. Rada Nəsibova: “Axı aktyorun səhnə həyatı ilə yanaşı şəxsi həyatı da var”...: [Akademik Milli Dram Teatrının aktrisası ilə müsahibə] /müsahibəni apardı Ramid İbrahimov //Bizim yol.- 2014.- 28 yanvar.- S.13.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- Lider TV. ""Almaz" tamaşasının yeni səhnə həyatı" (az.). Youtube.com. 23.01.2017. İstifadə tarixi: 2017-01-24.