Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi.
Tarixi dövlət | |||
Raşka dövləti | |||
---|---|---|---|
serb. Рашка / Raška | |||
|
|||
|
|||
Dilləri | serbslavyan | ||
Rəsmi dilləri | |||
Dövlət dini | Xristianlıq | ||
İdarəetmə forması | monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Adlandırılması
Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.[1] Serb tarixçi Sima Çirkoviç yazırdı ki, Ras şəhəri serblərin bizanslılardan müharibə ilə alınmış ilk böyük inzibati vahid idi. Daha sonra serblər hökmdarlarının iqamətgahını orada yerləşdirdilər. Bundan sonra Latın mənbələri serbləri "Rasciani", dövlətlərini "Rascia" adlandırmağa başlayırlar. Macarlar və Almanlar bu adları 20-ci əsrə qədər qorudular. Beləliklə, serb jupanların dövləti Rasa və ya Raşka adına yiyələndi. O, "serb torpaqları" adı ardınca böyük jupanların titulaşdırılmasında da istifadə olunurdu. Bununla belə, bizanslılar Serbiya adını istifadə etməyə davam edirdilər.[2]
Adları: serb. Рашка / Raška — Raşka, Рашка земља / Raška zemlja — Raşka zemlya (ölkə), Расија / Rasija — Rasiya, Расција / Rascija — Rastsiya; lat. Rassa — Rassa, Rassia — Rassiya, Raxia — Raksiya, Rascia — Rastsiya[3] (rus ədəbiyyatında kiril yazısında "Rasiya" (rus. «Рассия») adlandırılmasına rast gəlmək olar[4][5], в inqilabdan əvvəlki nəşirdə isə "Rassiya" (rus. «Рассия»[6])
İstinadlar
- Лукин П. Е. Славяне на Балканах в Средневековье: Очерки истории и культуры. М.: «Индрик». 2013. ISBN 978-5-91674-264-0. — С. 98.
- Чиркович, 2009
- См. статью «Рашка»: Жуков Е. М. Советская историческая энциклопедия. М.: Советская энциклопедия. 1973—1982.
- Бэлза И. Ф. и др. Славяне и запад: сборник статей к 70-летию И. Ф. Бэлзы. М.: Наука. 1975.
- Голенищев-Кутузов, Илья. Итальянское Возрождение и славянские литературы XV—XVI веков. Изд-во Академии наук СССР. 1963.
- Гильфердинг А. Ф. Босния, Герцеговина и Старая Сербия. СПб: издание Д. Е. Кожанчикова. 1873.
Ədəbiyyat
- Чиркович, Сима. История сербов. М.: Весь мир. 2009. ISBN 978-5-7777-0431-3.
Xarici istinadlar
- "Србија за време борби Византије и Угарске" (serb). İstifadə tarixi: 2015-05-12.
- "Стеван Немања" (serb). İstifadə tarixi: 2015-05-12.
- "Латинско Царство и стварање Српске Краљевине" (serb). İstifadə tarixi: 2015-05-12.