RPG-29
RPG-29 Vampir, Rusiya istehsalı olan çiyindən atılan tank əleyhinə döyüş raketidir. 1989-cu ildə SSRİ Silahlı Qüvvələri tərəfindən xidmətə qəbul edilmişdir. Rus ordusunda olan ən güclü tank əleyhinə silahlardan biri hesab olunur.
RPG-29 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1989 |
İstifadə edilən döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi xüsusiyyətləri
RPG-29 bir əsgər tərəfindən aparılan və istifadə edilən bir tank əleyhinə silah olaraq hazırlanmışdır. Borunun üzərində durbin və sonunda daşınma kəməri mövcuddur. Gecə görüş durbinləri də əlavə edilə bilər.
PG-29V | Spec |
---|---|
Çapı | 105 mm |
Effektiv mənzili | 500 m |
Mənzili | 1300 m |
Nişangah | Optik nişangah |
Uzunluğu | 1850 mm |
Dolu çəkisi | 18.8 kq |
Boş çəkisi | 12.1 kq |
Zireh dağıtma qabiliyyəti | Reaktiv zireh + 750 mm polad |
İki növ raketdən istifadə edə bilər:
- PG-29V tank əleyhinə/bunker əleyhinə raketlər
- TBG-29V termobarik anti-personal raketlər
PG-29V raketi reaktiv zirehləri olan zirehli döyüş maşınlarını məhv etmək üçün tandem sursat döyüş başlığına malikdir (ERA)
Döyüş başlığı böyük gücə malikdir. T-90 və T-80 tankları üzərində aparılmış testlər nəticəsində məlum olmuşdur ki, hər iki tankı ön zirehindən dağıdacaq qüvvəyə malikdir.
Tarixi
Hizbullah tərəfindən 2006-cı ildə Livan ilə İsrail arasında baş tutmuş olan İsrail-Livan müharibəsində İsrail tanklarına qarşı istifadə edilmişdir. İsrail qəzeti Haaretz, İsrailin vermiş olduğu itkilərin çoxunun bu silahdan açılan atəşlər vasitəsilə baş verdiyini iddia etmişdir.
2007-ci ildə Challenger 2 tankının ön zirehini zədələdiyi və tank ekipajından bir nəfəri yaraladığı qeydə alınmışdır.
2008-ci ildə davam edən İkinci körfəz müharibəsi zamanı İraqda bir ABŞ istehsalı olan M1A1 Abrams tankının zirehinə böyük zərər verdiyi görülmüşdür.