Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır.
Əmrlər
ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir.
ROM-un daxilində olan əmrlər bunlardır:
- POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır;
- CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
- BIOS (ingiliscə: "Basic Input/Output System") – avadanlıqlarla müxtəlif əməliyyatlar aparmaq üçün tətbiq olunur;
- BOOT (yüklənmə) – əməliyyat sistemi ilə bağlı olan əmrlər.
Kompüter açılarkən mərkəzi prosessor BIOS-a müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir.
ROM-un növləri
- ROM (ingiliscə: Read-only Memory)
- PROM (ingiliscə: Programmable Read-only Memory)
- EPROM (ingiliscə: Erasable Programmable Read-only Memory)
- EEPROM (ingiliscə: Electrically Erasable Programmable Read-only Memory)
- Fləş yaddaş (ingiliscə: Flash Memory)
Hər növün özünəməxsus xarakteristikaları vardır, və siz xarakteristikalar haqqında məlumatları bu məqalədə oxuya bilərsiniz. Ümumiyyətlə, bütün növ ROM-lara məxsus olan 2 anlayış vardır:
- Məlumat bu çiplərdə qeyri-sabit (nonvolatile) olaraq yadda saxlanır-belə ki, enerji kəsildiyi zaman məlumat itmir,
- Məlumat bu çiplərdə dəyişməz(unchangeable) olaraq qalır və ya məlumatları dəyişmək üçün xüsusi proseduralar tələb olunur.
Yəni bu anlayışlar təsdiq edir ki, ROM enerjidən asılı deyil və oradakı məlumatlar elektrik enerjisinin kəsilməsi zamanı silinmir və ya itmir. RAM ilə oxşar olaraq ROM da sətir və sütunlardan təşkil olunan tordan ibarətdir. Lakin sətir və sütunların kəsişdiyi yerdə ROM və RAM çipləri bir-birindən tamamilə fərqlənir. RAM hər bir keçiddə kondensatora girişi yandırıb/söndürmək üçün (turn on/off) tranzistorlardan istifadə edir, lakin ROM- dəyərin “1”-ə bərabər olduğu qiymətində xətləri(lines) diodlardan istifadə edərək əlaqələndirir. Dəyər “0”-a bərabər olduğu halda xətlər(lines) arasında əlaqə yaranmır.