Titanik
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.
Titanik | |
---|---|
Titanic | |
Mənşə ölkə | |
Sahibi | Uayt Star Layn |
İstismara verilmə tarixi | 31 mart 1912 |
İstehsalçı | Harland and Wolff[d] |
İstehsal yeri | Belfast |
Şərəfinə adlandırılıb | Titanlar |
Sinifi | Olimpik[d] |
Sərnişin tutumu | 2.228, 892 |
Sürəti | 12 m/san. |
Uzunluğu |
|
Hündürlüyü | 32 m, 53,3 m |
Kütləsi | 52.310 t[1] |
Su sıxışdırması | 10,54 m |
Dəyəri | 7.500.000 $ |
Gücü | 33.832.943 Vt |
Güc mənbəsi | Parsons turbini[d] |
Tərsanə nömrəsi | 401 |
Vikianbarda əlaqəli mediafayllar |
Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.
Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyəti, müasir teknika və güclü buxar mühərrikləri ilə təmin olunmuş gəminin batmasını heç kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediasını yenidən hadisə ətrafında cəmlədi.
Hazırlanması
Titanik Vayt Star Layn şirkətinə məxsus Harland və Volf gəmi tərsanəsində hazırlanmağa başlamışdır. Gəmi Vayt Star Laynın ən güclü rəqibi olan Kunard Layn gəmi şirkətinin RMS Lusitania və RMS Mauretania gəmiləri ilə rəqabət aparmalı idi. Titanik olimpik tipinə aid üç gəmidən biri idi. Digər iki gəmi Titanikin əkiz qardaşları hesab olunan RMS Olimpik və RMS Britanik gəmiləri Titanik qədər məşhurluq əldə etməmişdir. Olimpik sinfinə aid olan gəmilərin hazırlanması işi ilə Vayt Star Layn şirkətinin mühəndisləri məşğul olurdu.
Şirkətin rəhbəri Uliyam Piyeri, iş icracısı və dizayn məsələlələri üzrə mütəxəssisi Aleksandr Karlays və baş mühəndis Tomas Andreu şirkətin ən tanınan üzvlərindən idi. Titanik hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan ödəmişdir. RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.
Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təzyiqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununla da 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə gəmiyə dizayn məqsədilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yaxınlığında (ing. RMS - Royal Mail Steamer) sözləri yazılmışdır.
Xüsusiyyətləri
Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanik tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı.[2]. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi.[3] Bununla yanaşı Café Parisien adlı kafedə birinci sinifdən olan müştərilərə səhər yeməyi xidməti göstərilirdi. Titanikdə bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.[4]
Gəmi dövrünə görə muasir texniki vasitələr ilə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektirik şəbəkəsi vardı. Gəmidə olan bütün elektirik lampaları və enerji ilə işləyən bütün cihazlara elektirik vahid mərkəzdən ötürülürdü. Titanikdə dövrünə görə ən yeni radio sistem olan Markoni radio sistemlərindən iki ədəd quraşdırılmışdır. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1.500 vat enerjinin sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi.
Qayıqlar
Titanikin hazırlanması zamanı dizayner Karlisie gəmiyə yerləşdiriləcək qayıqların daha geniş olmasını təklif etmişdir. Belə olan halda, Titanik 48 qayıq daşıyacaq və hər hansısa hadisə zamanı gəmidə olan bütün sərnişinlər olmasada, sərnişinləri və şəxsi heyətin ən azı 90% xilas ediləcəkdi. Vayt Star Layn şirkəti qayıqların tutumunun artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirdi. Qanunlara əsasən bu rəqəm ən minumum hesab olunurdu və bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.
Ticarət nazirliyindən həmin dövrdə iri həcimli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanikdə qayıqların sayının az olmasının ən böyük səbəbi, qayıqların gəminin xarici görünüşünü korlaması iddası idi. 20 dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və Vayt Star Layn şirkətinin rəhbərləridə belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Digər tərəfdən 20 ədəd qayıqda gəmiyə məcburi şəkildə yerləşdirilmişdi. Ticarət nazirliyinin bu tələbi olmasa idi, Vayt Star Layn şirkətinin 10 ədəd qayıq yerləşdirmək fikri vardı. İnsanlarda formalaşan fikirlərə əsasən qayıqlar formal xarakter daşıyırdı, gəminin ilk səfərdəcə batmaq ehtimalı olmadığından qayıqlar məsələsi ən az diqqət ayrılan sahə olmuşdur.
Titanik gəmisinin dizaynerlərindən olan və gəmidə olan qayıqların hazırlanması və yerləşdirilməsi ilə məşğul olan Karlisie Vayt Star Layn şirkətinin sahiblərindən Brüs İsmey ilə təhlükəsizlik mövzusunda mübahisə etmişdir. Ehtimala əsasən mübahisə zamanı Karlisie Brüs İsmey ilə qayıqların az olmasına öz etirazını bildirmişdir. Brüs İsmey isə qayıqların artırılmasına şiddətlə qarşı çıxmışdır. Titanikin batmasından sonra təşkil olunmuş məhkəmədə Brüs İsmey Karlisie ilə aralarında belə bir danışığın olmadığını bildirmişdir.
Olimpik ilə müqayisəsi
Titanik əkiz qardaşı olan Olimpikə çox bənzəyirdi. Aralarında olan əsas fərq sərnişin kabinalarının Titanikdə sayca daha çox və böyük olması idi. Titanikin A göyərtəsi Olimpikə nisbətən daha böyük və komfortlu hazırlanmışdı. Olimpikdən fərqli olaraq Titanikdə göyərtənin yarısı açıq havada yerləşirdi. Olimpikdə Titanikdə varlı sərnişinlər üçün nəzərdə tutlmuş Café Parisien kimi kübar cəmiyyət üzvülərinin toplandığı yerlər nəzərdə tutulmamışdır. Britanikdə belə bir kafe yalnız 1913-cü ildə yaradılmışdır. Olimpikdə olan bəzi qüsurlar isə Titanikdə aradan qaldırılmışdır. Titanikdə A göyərtəsində olan elektirik lampaları dairə şəklində idi. Olimpikdə isə bu lampalar oval formasında hazırlanmışdır. Oval lampalar tez qızdığı üçün tezdə partlayırdı. Bu texniki səhv Titanikdə aradan qaldırılmışdır. Titanikin kapitan kabini Olimpikə nisbətən daha geniş idi. Bu və digər dəyişikliklərlə birlikdə Titanik, Olimpikdən daha geniş, daha komfortlu və daha müasir hesab olunurdu. Titanikin ağırlığıda əkiz qardaşından 1.004 qross ton daha ağır olmasının səbəblərindən biridə Titanikə xeyli sayda əlavələrin edilməsi olmuşdur. 1912-ci ildə Titanik suya salınan zaman dövrünün ən böyük gəmisi hesab olunurdu.
Şəxsi heyət
Kapitan Edvard Smit
Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır.
Edvard Smit 1880-ci ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü ofiseri olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. O, SS Resbulika adlanan gəmidə bir müddət kapitan vəzifəsində işləmişdir.
Edvard Smit Vayt Star Layn şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Vayt Star Layn ən böyük gəmisinə kapitan təyin edərkən, geniş seçim aparmamışdır. Edvard Smit həmin dövrdə təkcə Vayt Star Layn şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.
Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gündə tam məlum deyil. Müxtəlif iddialara əsasən gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yanlış qərarlarında rolu olmuşdur.
Titanik batan zaman Edvard Smit ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə Smit Titanik filmində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.
Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayıqa qədər ötürdüyü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.
İlk səfər
Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-nin Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər.
Titanik hərəkətə başlayandan bir neçə saat sonra, hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parcalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəmilərin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanikə göndərilməmişdir. Buz parcaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəsilində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə saat 21:30 da Mesaba adlı gəmi Titanikin hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanikdə bir neçə yüz kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parcalarının olması barəsində Titanikə bir neçə dəfə siqnal göndərdi. Markoni radio otağında olan Cek Fillips və Harold Brayd siqnalı qəbul etsələlərdə məlum olmayan səbəbdən bu barədə kapitan kabininə məlum verməmişdilər.[5]
Xəbərdarlıqların alınmasına baxmayaraq, kapitan kabini hərəkət istiqamətini dəyişməyə hec bir ehtiyac görmürdü. Titanik gəmisində müşahidəçi adlanan üç qrup fəaliyyət göstərirdi. Hər bir qrup iki matrosdan təşkil olunmuşdu. Qruplar iki saatdan bir yerlərini dəyişdirirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblər görmə məsafəni kəskin şəkildə azaltmışdır. Ayın görünməməsi, küləyin əsməməsi və havanın dumanlı olması aysberqin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Gəminin batmasından sonra təşkil olunmuş məhkəmədə şəxsi heyətin üzvülərindən biri bu barədə belə demişdir: Həmin gecə, sanki hər şey bizim əlehimizə idi.[6]
Aysberqin görünməsi
1912-ci ilin 15 aprel tarixində yerli vaxtla saat 00:39 da RMS Titanik Kanadanın Nyufaundlend və Labrador əyalətinin Qrand Banks adlanan cənub sahilləri istiqamətində hərəkət edirdi. Müşahidəçi Fredrix Flet gəminin qarşısında aydın şəkildə müşahidə olunmayan aysberqi gördü. Flet gəminin zəngini üç dəfə çaldı və kapitan kabininə telefon etdi. Telefona altıncı ofiser Ceyms Mudi cavab verdi.
- Flet — Orada kimsə varmı?
- Mudey — Var. Nə gördün?
- Flet — Düz qarşımızda iri bir aysberq var!!
- Mudey — Təşəkkür edirəm.
Uilyam Merdok tərəfindən verilən əmrlər
Kapitan Edvard Smit kimi baş köməkçi Uilyam Merdok tərəfindən qəbul olunan qərarlardan uzun müddət müzakirə olunmuşdur. Toqquşmadan bir neçə dəqiqə əvvəl Uilyam Merdok istiqmətin tam dəyişdirilməsi əmri veridiyi bildirilir. Bununla gəminin gözlənilən toqquşmadan xilas etmək mümkün idi. Hadisə anında kapitan kabininə daxil olan dördüncü ofiser Cozef Boksholl Merdokun qazanxana ilə ələqə saxladığını və hərəkət istiqmətinin təcili dəyişdirilməsini əmr etdiyini bildirmişdir.
Titanikin mövcud təhlükədən xilas olmaq üçün iki əsas yolu vardı. Bunlardan birincisi gəminin hərəkəti istiqmətini dəyişmək və bunulada mövcud toqquşmadan xilas olmaq, digər yol isə gəminin tam şəkildə dayandırmaq idi. İkinci yol daha mürəkkəb görünürdü. Gəminin qısa zamanda dayanması üçün qazanxanada bir neçə prosesin eyni anda yerinə yetirilməsi tələb olunurdu. Bu səbəbdən Merdok aysberqdən yayınmağın daha real olduğnu düşünürdü. Şəxsi heyətin üzvülərindən olan Alfred Oliver toqquşma anında Merdokun istiqmətin tam dəyişdirilməsi əmrini verdiyini eşitmişdir.
Əsas məqsəd hərəkətin sol istiqmətə çəkilməsi və ən əsası arxa tərəfin ən az zədə almasına nail olmaq idi. Hadisə anında kabində olan dördüncü ofiser Robert Hikens və digər bir dördüncü ofiser Boksel öz ifadələrində Merdok tərəfindən qəbul olunan son əmrin istiqmətin tam dəyişdirilməsi olduğunu bildirmişdilər.
23:40 — Toqquşma
Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təziqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu.
Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur.
Gecə yarısından əvvəl üçüncü sinif sərnişinlərin kabinləri suyla dolmağa başladı. Toqquşmadan 25 dəqiqə sonra saat 01:05 də Kapitan Edvard Smit sərnişinlərə xilas edici jiletlərin paylanmasını və qayıqların üzərində olan örtüklərin açılmasını əmr etdi. Saat 01:10 da Edvard Smit qayıqların yerlərindən çıxardılmasını, saat 01:25 də isə qadın və uşaqların qayıqlara mindirilməsinə göstəriş verdi. Saat 01:50 də dördüncü zabit Yozef Boksel ilk kömək fişəngini yandırdı. Fişəng ağ rəngində işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verdilər.
Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Bunun səbəb kimi Titanikin batmasını hec kimin ehtimal etməməsi və bu fişənglərində gəmini hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olundu. Təhlükə rəngi olmayan ağ rəngdən fişəng atılmasını tam olaraq anlamayan digər gəmilər bununun əyləncə məqsədilə olduğunu düşündülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdur. Titanikin batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parcalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkəm olmaması idi.
00:45 — İlk qayığın suya salınması
Çarlz Laytor ölümündən bir müddət əvvəl, Titanik barədə olan xatirələrində, gəminin batmasını belə təsvir etmişdir:
Qayıqların örtükləri qaldırılmış, təmizlənmişdi. Bir müddət sonra qayıqlar yerlərindən qaldırılmağa başlandı. Artıq qayıqlar sənrişinləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdi. Bu an kapitan Edvard Smitlə qarşılaşdım. Kapitana yüksək səslə, ilk öncə qadın və uşaqları qayıqlara mindirməliyəm! bu sözümə, kapitan razılıq əlaməti olaraq başını salladı. Dərhal ilk qayığı qadın və uşaqlarla doldurub, suya endirdim. |
65 nəfərlik yeddi nörməli ilk qayıq saat 00:27 də qaldıcı kranın vasitəsilə cəmi 28 nəfərlə suya salındı. Titanik sərnişinləri və şəxsi heyəti ilə birlikdə 2.228 nəfər olmasına baxmayaraq, 1.178 nəfərə hesablanmış 20 qayığı vardı. Nömrələnmiş 16 qayıq A və B göyərtəsində yerləşdirdi. Bunların daşınması mümkün deyildi və yalnız qaldırıcı kran vasitəsilə suya salınırdı. Digər 4 qayıq isə şəxsi heyətin qaldığı bölmənin damında yerləşirdi. Əgər qayıqlardan tam və düzgün şəkildə istifadə olunsaydı gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.
Yüksək və orta sinifdən olan sərnişinlərin qayıqlara minməsi daha tez və rahat idi. Aşağı sinifdən olanlar üçün isə şans digərlərinə nisbətən çox az olmuşdur. Gəminin alt hissələrini su basdığından, aşağı təbəqdən olan sərnişinlərin qayıqlara tərəf hərəkət etməsi, daha da çətinləşmişdi. Digər tərəfdən aşağı təbəqənin kabinalarının əsas giriş qapıları bağlanmışdı. Göyərtədə sıxlığın yaranmaması üçün qazanxanada işləyən şəxsi heyətin və aşağı təbəqəyə məxsus kabinlərin qapısı bilərəkdən bağlanmışdır. Xilas etmə prosesində, qadınların və uşaqların öncədən xilas edilməsinə diqqət edilsədə, aşağı təbəqdən olan qadın və uşaqların yarsından çoxu həlak olmuşdur.
Mövcud xilas etmə planına əsasən A və B göyərtəsində toplanmış qadın və uşaqlar sıra ilə qayıqlara mindirilməli, daha sonra isə F və G göyərtəsində gözləyən qadın və uşaqlar keçid vasitəsilə əsas göyərtəyə ötürülməli idilər. Xilas etmə zamanı kütləvi qarışıqlığın yaşanması, bəzi kişilərin qadın və uşaqların yerinə zorla keçmək istəməsi, qayıqların tam doldurulmadan tələsik şəkildə suya endirilməsi, gəmidə olan bütün qadın və uşaqları xilas etməsini mümkünsüz etmişdir. Birinci təbəqədən 1 uşaq, 4 qadın, ikinci təbəqədən 13 qadın və üçüncü təbəqədən isə 53 uşaq və 89 qadın həlak olmuşdur.
Titanikdə çıxılmaz vəziyyət gecə saat 00:15 də yarandı. Həmin anda gəminin qazanxana, zirzəmi və aşağı mərtəbələri su altında qalmışdı. Bu ana qədər okean suyu yalnız aysberqlə toqquşma nəticəsində yaranmış dəlikdən daxil olurdu. Suyun böyük sürətlə gəmiyə daxil olması, onun çəkisini artırıdı və bu amildə gəminin batmasını sürətləndirirdi. Saat 01:10 65 nəfərlik 8 nömrəli qayıq cəmi 28 nəfərlə birlikdə suya salındı. Təxminən 10 dəqiqə sonra isə 9 nömrəli qayıq 56 nəfərlə birlikdə suya salındı.
Göyərtədə vəziyyət zamanla daha xaotik hala gəlirdi. Saat 01:25 də 11 nömrəli qayıq 70 nəfər sərnişin və bir neçə nəfər şəxsi heyətlə birlikdə suya salındı. Ancaq 11 nömrəli qayıq suya salınarkən su boşaltma nasoslarının birinə zərbə ilə dəymişdi. Bu səbəbdən bu qayıq suya salınarkən batmağa başlamışdır.
Saat 01:30 da 13 və 15 nömrəli qayıqlar suya salındı. Su nasoslarının işləməsi qayıqların suya salınmasını cətinləşdirirdi. 15 nömrəli qayığın altında dayanmış 13 nömrəli qayıq nasosdan vurulan suyun təziqi nəticəsində suya salınması xeyli cətinləşmişdi. Bir müddət sonra 14 nömrəli qayıq ofiser Harold Lou tərəfindən suya salındı. Qayıq suya salınan zaman bir çoxları qayığa icazəsiz minmək istəmişdilər. İcazəsiz qayqılara minilməsi onların suya salınan zaman batmasına səbəb ola bilərdi. Bu səbəbdən Harold Lou havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmışdır. Saat 01:35 də 15 və 16 saylı qayıqlar Titanikdən uzaqlaşmağa başladı. İkinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən bütün qayıqlar suya salınmışdı. Geridə yalnız birinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən 6 qayıq qalırdı.
6 qayıqdan düzgün şəkildə istifadə edilsəydi 293 nəfəri xilas etmək mümkün idi. Belə olan halda gəmidə 1.800 nəfər sərnişin qalırdı. 2 və 4 nömrəli qayıqlar gəmidən ən son ayrılan qayıqlar olmuşdur. 2 nömrəli qayıq Titanikdən saat 01:45 də ayrıldı. 01:55 də isə sonuncu qayıq 4 nömrəli qayıq suya salındı. 4 nömrəli qayıq suya salınmazdan əvvəl Titanikin yarısı batmış vəziyyətdə idi. Bu səbəbdən 4 nömrəli qayıq bir çox suya düşmüş sərnişini xilas etmişdir.
Saat 01:45 də gəminin əsas göyərtəsi su altında qaldı. Radio ötürüçülər vasitəsilə ətrafda olan bütün gəmilərə SOS siqnalı göndərilirdi. Siqnalların göndərilməsi ilə operatorlar Cek Filips və Harold Sidney məşğul olurdu. Onlar bütün gəmilərə CQD-MGY sinqalı göndərirdilər. Bu siqnal növündən nadir hallarda istifadə olunurdu və batırıq, bizə təcili kömək edin! mənasını daşıyırdı. Titanik tərəfindən göndərilən siqnallara bir çox gəmidən cavab gəldi. Maunt Templ, Frankfurt və Titanikin əkiz qardaşı olan Olimpik Titanikə ilk cavab verən gəmilər olmuşdular. Ancaq hər üç gəmi həmin an Titanikdən uzaq məsafədə yerləşirdi.
Titanik tərəfindən birinci siqnal göndərilən zaman Olimpik 930 km məsafədə yerləşirdi. SOS sinqalların cavab verən gəmilərdən biridə Karpatia gəmisi idi. Bu gəmi siqnal gələn zaman Titanikin ən yaxınında yerləşən gəmi olduğu hesab güman olunur. Hər iki gəmi arasında olan məsafə cəmi 93 km idi[7]. Karpatia gəmisinin Titanikin batdığı yerə catmaq üçün 4 saat vaxta ehtiyacı vardı, ancaq Titanikin batmasına cəmi bir saatdan bir qədər çox vaxt qalmışdı.
Titanikin SOS siqnallarına ABŞ-də yerləşən iki mərkəzdəndə cavab gəlmişdir. Birinci cavabı Keyp Reysdə yerləşən radio stansiyası vermişdir. İkinci cavab isə Nyu-York şəhərində yerləşən Vanamaker mağazasının yuxarı hissəsində yerləşən Markoni teleqraf mərkəzindən gəlmişdir. SOS siqnallarının verilməsindən bir neçə dəqiqə sonra məlumat gəmilər vasitəsilə Kanadanın Xalfik şəhərində yerləşən gəmiçilik mərkəzinə, oradan isə Nyu-York şəhərinə göndərilmişdir. Hadisənin səhərisi günü xəbər bütün Amerika Birləşmiş Ştatlarına yayıldı. İnsanlar Vayt Star Layn şirkətinin Nyu-Yorkda yerləşən mərkəzi ofisinin qarşısında toplanmağa və məlumat almağa çalışırdı.
Maunt Templ gəmisinin xilas cəhdi
Titanikin SOS siqnallarına daha tez cavab verən və ehtimallara görə ən yaxınlığda yerləşən gəmi Maunt Templ gəmisi olmuşdur. Bu gəmi Titanikdən 79 dəniz mili məsafəsində yerləşirdi. Maunt Templ saat 00:30 da ilk SOS siqnalını aldı. Gəminin kapitanı More 11.5 knot sürətlə siqnal gələn tərəfə istiqamətləndi. Saat 04:30 aralığında Maunt Templ verilən koordinatlara gəldiyində, heç bir gəmi və ya qalıqlarla rastlaşmadı. Hadisədən bir müddət sonra aparılan araşdırmalarda məlum olmuşdur ki, Titanikdən Maunt Templə verilən koordinatlar 12 km şimal məsafəsində verilmişdir. Maunt Templ hadisə yerinə vardıqda gəmi batsa da, bir çox insanlar hələdə kömək gözləyirdi, ancaq koordinatlar düzgün göstərilmədiyindən Maunt Templ Titanikə kömək edə bilməmişdir. Əgər Titanik koordinatları düzgün versəydi, Maunt Templ gəmisinin Karpatia gəmisindən daha tez çatacağı ehtimal olunurdu.
SOS siqnallarına cavab verməyən gəmilər
Titanikin kapitan kabinindən şimal tərəfdə bir gəminin işıqları görürdü. Gəminin Titaniklə olan məsafəsi 16 – 24 km arasında idi. Bu gəmi nə radiodan gələn siqnallara nədə, 15 dəqiqədən bir atılan fişənglərə cavab verirdi. Həmin gəmidən cavab gəlmədiyi üçün Cozef Boksholl və texnik Corc Rou qarşı gəmiyə Morze siqnalları göndərməyə başladı, ancaq yenədə cavab gəlmədi.
Bu gəmi ilə bağlı aparılan araşdırmalarda, yaxınlıqda olan iki gəminin Mount Templ gəmisinin kapitanı More və Karpatia gəmisinin kapitanı Roston ifadələr vermişdilər. Hər iki kapitan Titaniki tərəfindən görülən gəmini görmədiklərini bildirmişdilər. Ancaq hadisəsinin səhərisi 15 aprel tarixində More və Roston tək bacası olan gəmini müşahidə etdiklərini bildirmişdilər. Bu gəminin SS Kaliforniya gəmisi olub — olmaması uzun müddət araşdırılmışdır. SS Kaliforniya gəmisinin şəxsi heyəti, hadisədən sonra aparılan araşdırmalarda daim şübhəli və günahkar vəziyyətində qalmışdır. Bunun səbəbi SS Kalifornia gəmisinin Titanikin toqquşduğu aysberqin Titanikin yolunun üzərində yerləşdiyi barədə öncədən xəbərdar olması, gəmi batarkən, ona ən yaxınlıqda yerləşən gəmilərdən biri olmasına baxmayaraq, SOS siqnalların heç birisinə cavab verməməsi idi.
Hadisə gecəsi SS Kaliforniya görüş məsafəsinin azladığı və qarşıda aysberqlərin olduğu üçün dayanmış vəziyyətdə idi. SS Kaliforniyanın operatoru gəmidə olan radio sistemi söndürmüş, özü isə yatmağa getmişdi. 14 aprel tarixində Titanikin radio sistemində müəyyən problemlər yaranmışdı və texniklər gün boyu yaranan problemi aradan qaldırmağa calışırdılar. Markoni radio sisteminin bir müddət işləməməsi, göndəriləcək məktubların toplanmasınsa səbəb olurdu. Filipsin Xalfik şəhərində yerləşən radio stansiyasından güclü bir siqnal qəbul etməsi, xarab olan radio sistemin fəaliyyətini bərpa etdi. SS Kaliforniya gəmisinin operatoru Kris İvans saat 23:00 də yatmazdan əvvəl Titanikə yollarının üstündə böyük bir aysberqin olması barədə məlumat göndərdi. Ancaq göndərilən məktub səhv yazılmışdı. Həmin dövrdə gəmilərin bir-birinə göndərdikləri səhv yazılmış məktublar etibarsız sayılır, bir növ qarşı tərəfi aldatmaq cəhdi hesab olunurdu. Məktub səhv yazıldığından kapitan kabininə göndərilmədi. Titanikdən bir neçə dəfə göndərilən məktuba qısa bir cavab gəldi. Səsini kəs, indi əlimdə çox iş var!
Saat 22:10 da SS Kaliforniya cənubdan gələn bir gəminin işıqlarını görmüşdü. Kapitan Lord və üçüncü ofiser Qrovs bu işıqların səyahət gəmilərindən birinə məxsus olduğunu yəqin etdidilər. SS Kaliforniya Titanikə xəbərdarlıq siqnalları göndərsədə, Titanik buna əhəmiyyət verməmişdir. SS Kaliforniyanın üçüncü ofiseri Qrova saat 23:50 də 1 saat əvvəl kapitanla birlikdə müşahidə etdikləri gəminin ışıqlarının yanıb söndüyünü və hərəkət etmədiyini gördü. Kapitan Lordun əmri ilə saat 23:30 və saat 01:00 də morze kodları müşahidə edilən gəmiyə göndərildi. Sonralar aparılan araşdırmada məlum olmuşdur ki, morz lampalarından göndərilən siqnallar 6 km məsafədən görünür. Bu səbəbdən Titanik gəmisindən heç kim SS Kaliforniya tərəfindən göndərilən siqnalları görməmişdir.
Kapitan Lord saat 23:30 da öz kabininə getdi. Kapitan istirahətdə olduğu müddətdə gəminin idarəsinin ikinci ofiser Ston həyata keçirirdi. Saat 01:15 də Ston kapitan Lorda Titanikdən fişənglərin atıldığı barədə məlumat verdi. Lord yenidən kapitan kabininə qayıtdı, SS Kaliforniyanın şəxsi heyəti Titanikdən atılan fişənglərin əyləncə yoxsa kömək məqsədilə atıldığını dəqiq müəyyən etməkdə cətinlik cəkirdilər. Titanik tərəfindən atılan kömək fişəngləri ağ rəngində olduğundan bir çox gəmilərin çaşqınlığına səbəb olmuşdur. Kapitan Lordun fişənglərin atılma səbəbini bilmədiyindən, Titanikə morz lampaları vasitəsilə siqnalların gönədrilməsini əmr etdi. Saat 01:50 də Ston 3 fişəng daha müşahidə etdi.
Saat 02:15 də Ston kapitan Lorda gəminin artıq görünmədiyni barədə raport verdi. Lord Stondan fişənglərin rəngi barədə soruşdu və cavabından müşahidə edilən bütün fişənglərin ağ rəngində olduğunu bildirdi. SS Kaliforniya gəmisinin ofiseri Corc Sivard saat 05:30 da gəmi operatoru Kris İvans ilə görüşdü. O, İvansın hər hansısa kömək siqnalı qəbul edib — etməməsi etməsi barədə məlumat aldı və sonda İvansa ətrafda olan bütün gəmilərə Titanikin yerinin müəyyən edilməsi üçün əlaqə yaratmasını əmr etdi. Frankfurt gəmisi Titanikin operatorunun itkin düşməsi barədə digər gəmilərə məlumat verdi. Yalnız bu xəbərdən sonra SS Kaliforniya Titanikin axtarışına başladı.
Aparılan araşdırmalarda isə məlum olmuşdur ki, hadisə anında Kaliforniya Titanikdən 31 km məsafədə yerləşdirdi. Kapitan Lord fişəngləri gördükdən sonra operator Kris İvansa ətrafda olan digər gəmilərə Titanikin naməlum vəziyyəti haqqında məlumat göndərə bilərdi. Məhkəmənin yekun qərarına əsasən SS Kaliforniya gəmisinin kapitanı Stenli Lord Titanik gəmisinə bilərəkdən lazımı köməkliyi göstərməmişdir.
Xilas edilənlərin və həlak olanların ümumi sayı
Sərnişin sinfi | Gəmidəki sayı | Xilas olma faizi | Həlak olma faizi | Xilas olanların sayı | Həlak olanların sayı |
---|---|---|---|---|---|
Uşaqlar, Birinci sinif | 6 | 83% | 17% | 5 | 1 |
Uşaqlar, İkinci sinif | 24 | 100% | 0% | 24 | 0 |
Uşaqlar, Üçüncü sinif | 79 | 34% | 66% | 27 | 52 |
Qadınlar, Birinci sinif | 144 | 97% | 3% | 140 | 4 |
Qadınlar, İkinci sinif | 93 | 86% | 14% | 80 | 13 |
Qadınlar, Üçüncü sinif | 165 | 46% | 54% | 76 | 89 |
Qadınlar, Şəxsi heyət | 23 | 87% | 13% | 20 | 3 |
Kişilər, Birinci sinif | 175 | 33% | 67% | 57 | 118 |
Kişilər, İkinci sinif | 168 | 8% | 92% | 14 | 154 |
Kişilər, Üçüncü sinif | 462 | 16% | 84% | 75 | 387 |
Kişilər, Şəxsi heyət | 885 | 22% | 78% | 192 | 693 |
Cəmi | 2224 | 32% | 68% | 710 | 1514 |
Titanikdə olan 2.224 nəfərdən (sərnişinlər və şəxsi heyət daxil olmaqla) sadəcə 705 nəfəri xilas oldu. Digər 1.514 nəfər isə həlak olmuşdur.[8]
İnsanların çoxu −2 °C dərəcə suda hipotermiya səbəbindən həlak olmuşdular.[9] Suya düşmüş sərnişinlərin suda yaşamaq müddətləri cəmi 15 dəqiqə olmuşdur.[10]
Titanik orkestrı
Titanikin batması ilə bağlı olan hadisələrdən biridə məşhur Titanik orkestrasına aiddir. Uels Hardlinin rəhbərlik etdiyi səkkiz nəfərlik orkestr, gəminin batmağa başladığı andan etibarən sərnişinləri sakitləşdirmək və müsbət ovqat yaratmaq üçün gəmi batan ana qədər musiqi ifa etməyə davam etmişdir. Hardli digər yeddi nəfərə qaçmaları üçün icazə vermişdir. Ancaq onlar öz qrup rəhbərlərinin yanlarında qalmağı üstün tutmuşdular. Əvvəlcə birinci sinifə məxsus göyərtədə musiqi çalan orkestr, birinci sinifə aid göyərtənin su altına qalmağa başlamsından sonra, əsas göyərtəyə keçmişdir. Bir çox şahidlərin dediklərinə əsasən Titanik orkestrı gəmi batan ana qədər, musiqi çalmağa ara verməmişdir. Titanikin batması nəticəsində orkestrın bütün üzvüləri həlak olmuşdur[11].
Orkestr tərəfindən çalınan son musiqinin hansı olması ilə bağlı müxtəlif fikirlər vardır[12]. Kanadadan olan Vera Dik adlı qadın orkestrın Nearer, my God, to thee mahnısını çaldığını iddia etmişdir. İddialar görə Hartli bir gün öz dostuna batan gəmidə olarsa, bu mahnını ifa edəcəyini bildirmişdi[13]. Ancaq Volter Lord tərəfindən yazılan A Night to Remember əsərində Harold Braydın gəmi batmazdan az əvvəl orkestr tərəfindən çalınan mahnının Autumn və ya Songe d'Automne mahnılarından biri olduğunu bildirmişdir. Harold Brayd eyni zamanda gəmi batarkən Titanik orkestrının ən yaxınında dayanmış şəxs olduğunu iddia etmişdir. Bir çox mənbələrdə Vera adlı qadın gəminin batmasına 1 saat 20 dəqiqə qalmış, qayıqlar vasitəsilə gəmidən ayrıldığı göstərilir. Bu səbəbdən Titanik orkestrı tərəfindən çalınan son musiqini eşitməsi mümkün deyildir.
Qalıqların aşkarlanması
Titanikin batması bütün dünyada şok effekti yaratdı. Siravi insanlar Titanik kimi müasir bir gəminin bir neçə saat ərzində batmasına inanmırdılar. Titanik batdığdan sonra onun batdığı yer uzun müddət məlum olmamışdır. Gəminin qalıqlar hadisədən 73 il sonra ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə 4.000 metr dərinlikdə aşkarlanmışdır. Titanik 3.657 metr dərinliyə düşmüşdü. Belə bir dərinliyə sualtı qayıqların düşməsi mümkün deyil, 3.000 metrdən çox olan dərinliklərdə təziq ən yüksək səviyyədə olur və belə bir şəraitdə fəaliyyət göstərmək mümkünsüzdür. Bu gün həmin dərinliyə insansız xüsusi sualtı aparatlarla 2.5 saat müddətində enilir.
Aparılan ilk araşdırmalarda gəminin qalıqları iki ayrı-ayrı hissələrdə aşkarlanmışdır. Bu fakt gəmi batmazdan az əvvəl ikiyə bölünməsini sübut edir. Hadisə şahidləri iki bölünən sol hissəsinin yenidən parcalanmasını iddia etmişdilər. Ancaq okeanın dibində gəminin sol hissəsi bütöv şəkildə tapılmışdır. Robert Balard gəminin batmasından sonra ilk şəklini çəkməyə nail oldu. Araşdırmalarda əsas hədəflərdən biri kompüter vasitəsilə idarə olunan robotun Titanikin məşhur əsas zalına daxil olması idi. Bir neçə cəhtdən sonra sualtı robot, zalın yuxarı hissəsində yaranmış dəlikdən zala daxil oldu. Əsas zal taamilə çökmüş vəziyyətdə idi. Robert Balard hadisə nəticəsində həlak olan 1.514 nəfərin xatirəsini əziz tutmaq üçün gəmidə sərnişinlərə məxsus heç bir şəxsi əşyanı çıxartmamağa qərar verdi. İlk araşdırmalar zamanı gəmidən Titanikin hazırlanmasında istifadə olunmuş dəmir pərcimlərdən nümünələr götürüldü. Həmin nümunələr əsasında aparılan araşdırmalarda məlum oldu ki, pərcimlər gəminin ağırlığına hesablanmayıb.
Gəminin kabinlərində olan bir çox əşya dəyişilməmiş vəziyyətdə qalmışdı. Heç bir əşyanın çıxarılmaması barədə qərar qəbul olunsada, Titanikə olan marağın yenidən artması, tapılan bir çox şəxsi əşyanın çıxarılmasına səbəb olmuşdur. Titanik aşkarlanandan sonra bir neçə dəfə yüksək təziqə davamlı sualtı qayıqlarla, gəminin yaxınlığına enmişdilər. Belə enişlərin sayı günü-gündən artırdı. Bəzi hallarda Titanik ilə sualtı qayıqların toqquşması, yararsız vəziyyətdə olan gəmini daha tez dağılmasına səbəb olurdu. Robert Balardın gəminin mövcud vəziyyətinin qorunması barədə tələblər irəli sürməsindən sonra, Böyük Britaniya və ABŞ arasında ümumi razılıq əldə olundu. Razılığa əsasən Titanikin yerləşdiyi dərinliyə enməzdən əvvəl, hər iki dövlətdən icazə alınmalı idi.
Son illərdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Titanikin qalıqları sürətli şəkildə çürüyür. Suyun 4 km dərinliyində yaşayan və Halomonas titanike adı verilən bakteriyalarda Titanikin çürüməsinin əsas səbəblərindəndir. Bu bakteriyalar yalnız pas ilə qidalanır. Halomonas titanike bakteriyasının 80 il ərzində Titanikdə olan 50 min ton dəmiri yediyi məlum olmuşdur. Prosesin bu şəkildə davam edəcəyi halda yaxın 20 il ərzində Titanikə məxsus olan qalıqların tamamilə yox olacaq. Sevilya Universitetində aparılan araşdırmalar zamanı Titanikin gövdə hissəsində 27 növ bakteriya aşkarlanmışdır. Gəminin cürüməsinə bu bakteriyalardan yalnız Halomonas titanike bakteriyası səbəb olur.
Titanikin qalıqlarının çıxarılmasına dair bir neçə dəfə cəhtlər ediləsədə, müasir texnologiya ilə belə bunu etmək mümkün deyil. Gəminin arxa hissəsi suyun dərinliklərində batmış vəziyyətdədir. Hal-hazırda olan qalıqların çəkisi isə 44.000 ton təşkil edir. Titanikin qalıqları bügun bütün dünya okeanlarında yerləşən ən böyük və ən dərində yerləşən gəmi qalığıdır. Yaxın 20 il ərzində sürətli çürümə və bakteriyalar səbəbindən qalıqların tam formasını dəyişərək, gəmiyə bənzəməyəcəyi ehtimal olunur.
İncəsənətdə əks etdirilməsi
Gəminin batması bəşər tarixinin ən tanınmış qəzalarından biri olmuşdur. "Titanik"in məhvi insan sivilizasiyasının təbiət qüvvələri qarşısındakı acizliyinin simvolu kimi qəbul edilmişdi. Qəza kütləvi incəsənətdə çoxsaylı nümunələrlə əks edilmişdi. Titanikin obrazı aşağıdakı incəsənət nümunələrində təsvir edilmişdir:
- Qəzaya həsr edilmiş ilk film olan Titanikdən xilas olmuş filmi artıq 1912-ci ilin may ayında lentə alınmışdır.
- Qəzanın baş verməsindən qısa müddət əvvəl yazıçı Morqan Robersonun "Nahaq yerə, Titanın qəzası (roman)" (ing. Futility, or the Wreck of the Titan) əsəri çapdan çıxmışdı. Bu əsərdə qəzaya uğrayan gəmi böyüklüyünə və su tutumuna görə "Titanik"ə bənzəyirdi. Əsər 1898-ci ildə qələmə alınsa da, 1912-ci ildə nəşr edilmişdi.
- 1997-ci ildə çəkilmiş Titanik filmi 13 il ərzində ən çox gəlir gətirən film ünvanını qorumuşdu. ($1 845 034 188, ondan $600 788 188 — ABŞ-da)
- 2010-cu ildə çəkilmiş Titanik 2 filmi ən çox uğursuzluğa uğramış filmlərdən biridir. İMDB reytinqi 2.0 təşkil etmişdir.
- Dünyadakı ən böyük gəmilər "Titanik"in modelini əsas almışdılar. Belə ki, S. O. S. Titanik filminin çəkilişləri üçün gəminin 16 metrlik modeli hazırlanmışdı. Bu rekord yalnız Ceyms Kameronun Titanik filmi üçün 4 ədəd 19 metrlik model hazırlandıqda keçildi. Maraqlıdır ki, modellərin batırılacağı hovuzların dərinliyi cəmi 8 metr idi.
- 1976-cı ildə yazıçı Klayv Kasslerin "Titanikin qaldırılması" kitabı çapdan çıxmışdı.
- Fövqəltəbii teleserialında (6-cı mövsümün 17-ci bölümü, "My Heart Will Go On") mələk Baltazar keçmişə səyahət edir və xilas edilmiş sərnişinlərlə onların nəsillərinin ruhlarının əldə edilməsi məqsədilə gəmini xilas edir, lakin o, Vinçester qardaşlarına öz məqsədini izah edərkən Titanik filmindən və Selin Dionun qulaqbatırıcı səsindən zəhləsi getdiyinə görə bu addımı atdığını deyir.
- 1995-ci ildə fantasat Cek Funneyin son (ölümündən sonra nəşr edilib) "Üç zaman arasında" kitabı nəşr edilib. Bu romanın baş qəhrəmanı (zaman səyyahı, dövrümüzdə doğulmuşsa da, kitabın əvvəlində XIX əsrdə yaşayan və orada ailə qurmuş) təkcə humanizm deyil, həm də öz şəxsi məqsədlərinə görə I Dünya müharibəsinin qarşısını almağa çalışır. XX əsrin əvvəlində fəaliyyət göstərən qəhrəmanlar aydınlaşdırırıar ki, Titanikin qəzasında həlak olmuş Arçibald Battın ölümü böyük dünya dövlətləri arasında olan gizli diplomatik məktublaşmanın kəsilməsinə şərait yaradıb.
- Britaniya istehsalı olan Doktor Kim teleserialının Milad gününə həsr edilmiş bölümündə (Lənətlənmişlərin səyahəti) "Titanik" kosmik gəmisi var.
Titanikin qəzasına çoxsaylı mahnılar həsr edilmişdir. Avstriyalı müğənii Yohan Hölsölün eyniadlı mahnısında gəmi dünyanın sonunun, rus Nautilus Pompilius qrupunun Titanik albomunda (1994) isə məhkumluğun simvolu kimi çıxış edir.
Qalereya
İstinadlar
- http://atlanticliners.com/white_star_home/titanic_home/titanic-faqs-what-was-titanics-displacement/.
- "Titanikdə lüks otaqlarda olan əşyalar". 2016-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-09.
- "Titanic:A voyage of discovery". 2010-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-09.
- Gill 2010, p. 182.
- "Information from the Thinkquest library". 2008-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-10.
- "Lightoller's testimony on Day 12 of British Board of Trade Inquiry". 2009-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-10.
- Daniel Allen Batler, Batırılmaz: RMS Titanikin bütöv tarixçəsi. Mexaniksburq, Pensilvaniya: Stackpole Books. 1998ISBN 978-0-8117-1814-1. səh.98
- "Passenger List and Survivors of Steamship". 2016-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-11.
- Spitz, D. J. (2006): Investigation of Bodies in Water. In: Spitz, W. U. & Spitz, D. J. (eds): Spitz and Fisher’s Medicolegal Investigation of Death. Guideline for the Application of Pathology to Crime Investigations (Fourth edition), Charles C. Thomas, pp.: 846–881; Springfield, Illinois.
- Claude A. Piantadosi: The biology of human survival: life and death in extreme environments (2003), ISBN 0-19-516501-2.
- "Tiatik musiqiçilərini iman hərəkətə keçirmişdirmi? Coy Batler. Birləşmiş Metodist Kilsəsi. 2 dekabr 2010". 2011-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16.
- Stefaniya Barşevski. Titanik: Unudulmayan gecə. London. 2006. Hambledon Continuum. ISBN 978-1-85285-500-0. səh. 132
- Stefaniya Barşevski. Titanik: Unudulmayan gecə. London. 2006. Hambledon Continuum. ISBN 978-1-85285-500-0. səh. 133–134
Ədəbiyyat
- Adams, Simon. Eyewitness, Titanic. New York: DK Publishing. 2009 [1999]. ISBN 978-0-7566-5036-0.
- Aldridge, Rebecca. The Sinking of the Titanic. New York: Infobase Publishing. 2008. ISBN 978-0-7910-9643-7.
- Anderson, D. Brian. The Titanic in Print and on Screen. Jefferson, NC: McFarland & Company. 2005. ISBN 0-7864-1786-2.
- Ballard, Robert D. The Discovery of the Titanic. New York: Warner Books. 1987. ISBN 978-0-446-51385-2.
- Barczewski, Stephanie. Titanic: A Night Remembered. London: Hambledon Continuum. 2006. ISBN 978-1-85285-500-0.
- Barczewski, Stephanie. Titanic: A Night Remembered: Centenary Edition. London: Continuum International Publishing Group. 2011. ISBN 978-1-4411-6169-7.
- Barratt, Nick. Lost Voices From the Titanic: The Definitive Oral History. London: Random House. 2009. ISBN 978-1-84809-151-1.
- Bartlett, W. B. Titanic: 9 Hours to Hell, the Survivors' Story. Stroud, Gloucestershire: Amberley Publishing. 2011. ISBN 978-1-4456-0482-4.
- Beveridge, Bruce; Hall, Steve. Olympic & Titanic: The Truth Behind the Conspiracy. Haverford, Pennsylvania: Infinity Publishing. 2004. ISBN 978-0-7414-1949-1.
- Beveridge, Bruce. 'Titanic - The Ship Magnificient Volume One: Design & Construction. Stroud: The History Press. 2008. ISBN 978-0-7524-4606-6.
- Beveridge, Bruce; Hall, Steve. Description of the ship // Halpern, Samuel (redaktor ). Report into the Loss of the SS Titanic: A Centennial Reappraisal. Stroud, UK: The History Press. 2011. ISBN 978-0-7524-6210-3.
- Biel, Steven. Down with the Old Canoe. London: W.W. Norton & Company. 1996. ISBN 0-393-03965-X.
- Bottomore, Stephen. The Titanic and Silent Cinema. Hastings, UK: The Projection Box. 2000. ISBN 978-1-9030-0000-7.
- Brewster, Hugh; Coulter, Laurie. 882½ Amazing Answers to your Questions about the Titanic. Madison Press Book. 1998. ISBN 978-0-590-18730-5.
- Butler, Daniel Allen. Unsinkable: the full story of the RMS Titanic. Mechanicsburg, PA: Stackpole Books. 1998. ISBN 978-0-8117-1814-1.
- Butler, Daniel Allen. Unsinkable: the full story of the RMS Titanic. USA: Da Capo Press. 2002 [1998]. ISBN 978-0-306-81110-4.
- Campbell, Ballard C. Disaster, Accidents and Crises in American History: A Reference Guide to the Nation's Most Catastrophic Events. Facts on File Library of American History. New York: Infobase Publishing. 2008. ISBN 978-0-8160-6603-2.
- Cartwright, Roger; Cartwright, June. Titanic: The Myths and Legacy of a Disaster. Stroud, Glos.: The History Press. 2011. ISBN 978-0-7524-5176-3.
- Chernow, Ron. The House of Morgan: An American Banking Dynasty and the Rise of Modern Finance. New York: Grove Press. 2010. ISBN 978-0-8021-4465-2.
- Chirnside, Mark. The Olympic-Class Ships. Stroud, England: Tempus. 2004. ISBN 978-0-7524-2868-0.
- Crosbie, Duncan; Mortimer, Sheila. Titanic: The Ship of Dreams. New York, NY: Orchard Books. 2006. ISBN 978-0-439-89995-6.
- Eaton, John P.; Haas, Charles A. 'Titanic: Destination Disaster: The Legends and the Reality. Wellingborough, UK: Patrick Stephens. 1987. ISBN 978-0-00-732164-3.
- Eaton, John P.; Haas, Charles A. 'Titanic: Triumph and Tragedy. Wellingborough, UK: Patrick Stephens. 1994. ISBN 978-1-85260-493-6.
- Eaton, John P.; Haas, Charles A. Titanic: Triumph and Tragedy. New York: W.W. Norton & Company. 1995. ISBN 978-0-393-03697-8.
- Eaton, John P.; Haas, Charles A. Titanic: A Journey Through Time. Sparkford, Somerset: Patrick Stephens. 1999. ISBN 978-1-8526-0575-9.
- Foster, John Wilson. The Titanic Complex. Vancouver: Belcouver Press. 1997. ISBN 0-9699464-1-4.
- Gill, Anton. Titanic : the real story of the construction of the world's most famous ship. Channel 4 Books. 2010. ISBN 978-1-905026-71-5.
- Halpern, Samuel. Account of the Ship's Journey Across the Atlantic // Halpern, Samuel (redaktor ). Report into the Loss of the SS Titanic: A Centennial Reappraisal. Stroud, UK: The History Press. 2011. ISBN 978-0-7524-6210-3.
- Halpern, Samuel; Weeks, Charles. Description of the Damage to the Ship // Halpern, Samuel (redaktor ). Report into the Loss of the SS Titanic: A Centennial Reappraisal. Stroud, UK: The History Press. 2011. ISBN 978-0-7524-6210-3.
- Heyer, Paul. 'Titanic Century: Media, Myth, and the Making of a Cultural Icon. Santa Barbara, CA: ABC-CLIO. 2012. ISBN 978-0-3133-9815-5.
- Howells, Richard. The Myth of the Titanic. United Kingdom: MacMillan Press. 1999. ISBN 978-0-333-72597-9.
- Hutchings, David F.; de Kerbrech, Richard P. RMS Titanic 1909–12 (Olympic Class): Owners' Workshop Manual. Sparkford, Yeovil: Haynes. 2011. ISBN 978-1-84425-662-4.
- Landau, Elaine. Heroine of the Titanic: The Real Unsinkable Molly Brown. New York. 2001. 22–23. ISBN 978-0-395-93912-3.
- Lord, Walter. A Night to Remember. London: Penguin Books. 1976. ISBN 978-0-14-004757-8.
- Lord, Walter. A Night to Remember (3rd). New York: Henry Holt and Company. 1997 [1955]. ISBN 978-0-553-27827-9.
- Lord, Walter. A Night to Remember. New York: St. Martin's Griffin. 2005 [1955]. ISBN 978-0-8050-7764-3.
- Lynch, Don. 'Titanic: An Illustrated History. New York: Hyperion. 1992. ISBN 978-1-56282-918-6.
- Maniera, Leyla. Christie's Century of Teddy Bears. London: Pavilion. 2003. ISBN 978-1-8620-5595-7.
- Maxtone-Graham, John. Titanic Tragedy: A New Look at the Lost Liner. New York: W. W. Norton & Company. 2012. ISBN 9780393083392.
- McCluskie, Tom. Anatomy of the Titanic. London: PRC Publishing. 1998. ISBN 978-1-85648-482-4.
- Merideth, Lee W. 1912 Facts About Titanic. Sunnyvale, CA: Rocklin Press. 2003. ISBN 978-0-9626237-9-0.
- Mowbray, Jay Henry. Sinking of the Titanic. Harrisburg, PA: The Minter Company. 1912. OCLC 9176732.
- Parisi, Paula. 'Titanic and the Making of James Cameron. New York: Newmarket Press. 1998. ISBN 978-1-55704-364-1.
- Rasor, Eugene L. The Titanic: historiography and annotated bibliography. Westport, CT: Greenwood Publishing Group. 2001. ISBN 978-0-3133-1215-1.
- Spignesi, Stephen J. The Complete Titanic: From the Ship's Earliest Blueprints to the Epic Film. Secaucus, New Jersey: Birch Lane Press. 1998. ISBN 978-1-55972-483-8.
- Spignesi, Stephen J. The Titanic For Dummies. Hoboken, NJ: John Wiley & Sons. 2012. ISBN 978-1-118-20651-5.
- Ward, Greg. The Rough Guide to the Titanic. London: Rough Guides Ltd. 2012. ISBN 978-1-4053-8699-9.
- Wels, Susan. Titanic: Legacy of the World's Greatest Ocean Liner. Del Mar, California: Tehabi Books. 1997. ISBN 978-0-7835-5261-3.
Həmçinin bax
Xarici keçidlər
- BBC Arxiv: Titanikdən xilas olanların həyat yolları Arxivləşdirilib 2008-12-24 at the Wayback Machine
- Titanic Historical Society
- Encyclopedia Titanica
- Titanikin rəsmi arvixi
- Titanic Inquiry Project
- PBS Online — İtkin düşmüş gəmi
- Hadisə şahidlərinin gördükləri və xatirələri
- Titanik arxivi Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine