RAST (qrup)

RAST — Azərbaycanda, əsasən pop - caz janrında ifa edən məşhur qrup

RAST
Ümumi məlumatlar
Milliyyəti Azərbaycan Azərbaycan, Bakı
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1993-dən indiyədək
Janrlar pop, caz, muğam
Albom şirkəti Rast production

Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur,

Yaranması və fəaliyyəti

1990'lar

1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur.

1993 - 2001 illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-ci ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır.

1997-ci ildə ''Rast" adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma" və "Ömrün Allahı Sevgidir" kliplərini misal göstərmək olar.

Qrup, 1999-cu ildə H.Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.

2000-ci ildə isə ''Rast Dünyası" adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir.

2000'lər

Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı. ''Qəlbinə Yol'' , (söz : Altun Şaşıqoğlu, musiqi : Rəşad Haşımov) həmçinin 7 mahnı Rəşad Haşımov tərəfindən aranjıman olunmuşdur.

2003-cü ildən qrupun solistləri Jalə və Lamiyə Kərimova bacıları olmuşdur. Qrupun yeni solistlərlə ilk klipi ''Rast gələrəm'' (söz : Altun Şaşıqoğlu, musiqi : Rəşad Haşımov) , ardından "Bilmirəm" ''Sənə görə'' mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. ''Qaragilə'' xalq mahnısı, musiqisi Cahangir Cahangirova məxsus ''Bana bana gəl" mahnılarına yeni nəfəs verilmişdir. Vətənpərvər ruhda "Azərbaycan" ifa olunmuşdur.

2005-ci il 13 sentyabr tarixində Heydər Əliyev fondunun dəstəyi ilə Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə Fransanın paytaxtı Paris şəhərində qrup konsert proqramı ilə çıxış etmişdir . Eyni zamanda, sözləri və musiqisi Rasim Müzəffərliyə aid olan aranjımanı Emin Kərimi və Rəşad Haşımova məxsus 'Sən bizə qonaq gələndə'' klipində qrupun solistləri ilə yanaşı, Respublikanın Xalq artisti Mübariz Tağıyev, Elnur Hüseynov, Emil Əliyev və ''Qaya'' qrupu çıxış etmişdir. ''RAST'' production və ''PLANET PARNİ İZ BAKU'' studiyasının təqdimatında sözləri Altun Şaşıq, musiqisi Rəşad Haşımova məxsus olan ''Ana Vətən, Azərbaycan'' klipində Respublikanın Xalq artisləri İlqar Muradov, Zülfiyyə Xanbabayeva, Zabit Nəbizadə, Əməkdar artistlər Mətanət İsgəndərli, Abbas Bağırov, ifaçılar Fərid Əsgərov, Samira, həmçinin ''QAYA'' kollektivi və Əməkdar artistlər CabirTahir İmanov, Elçin Həmidov, Coşqun Rəhimov, Rafael İsgəndərov çıxış etmişdir.

Daha sonra Jalə Kərimova qrupdan ayrılmışdır. Lamiyə Kərimova hal hazırda qrupun solisti olaraq karyerasına davam edir.

2010'lar

Lamiyə Kərimova ifasında ən sevilən ifalardan ''Gəl, yanıma'' , ''Qayıdıram'' mahnılarını misal göstərmək olar. Hər 2 ifanın sözləri Altun Şaşıq, musiqisi Rəşad Haşımovundur. Musiqisi Fikrət Əmirov'a məxsus olan ''Lay-lay'' mahnısına Rəşad Haşımovun aranjemanı ilə yeni nəfəs verildi.

48-ci Montro Caz Festivalı (48th Montreux Jazz Festival)

Hər ilin iyul ayında, Beynəlxalq Caz Festivalından sonra dünyada ikinci ən böyük caz festivalı olan İsveçrənin Montro şəhərindəki Montro caz festivalına 2014-cu ildə Rast qrupu fəxri qonaq kimi dəvət almışdır. Rast qrupu əfsanəvi amerikalı funk və soul-jazz saksofon ifaçısı Maceo Parker ilə bir səhnəni bölüşüblər.

Rast 20 il

2014-cü il 21 oktyabr tarixində Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev sarayında qrupun yaranmasının 20 illiyinə həsr edilən gecə keçirilmişdir. Konsertdə qrup rəhbəri Rəşad Haşımov, qrup üzvləri əməkdar artist Lamiyə Kərimova (vokal), Cəmilə Haşımova (bek-vokal), Emiliya Yaqubova (bek-vokal), Etibar Əsədli (pianoçu), əməkdar artist İsgəndər Ələsgərov (zərb alətləri), əməkdar artist Tofiq Cabarov (perkussiya), əməkdar artist Emil Həsənov (bas gitar), Yiğit Şener (solo gitar), nəfəs alətlərində Teymur Süleymanbəyli (saksofon), əməkdar artist Azad Quliyev(tenor sax), Azad Qurbanov (trumpet), Dəyanət Məmmədov (trompone) xüsusi qonaq kimi Xalq Artisti Ənvər Sadıqov (qarmon), Xalq Artisti Mircavad Cəfərov (ud) və Abbas Səfərov (nağara) iştirak etmişdir. Konsertdə ən sevillən ifalar səslənmişdir.

2019

2019-cu ildən etibarən, qrupda bəzi dəyişikliklər oldu. ''Məhəllə 3'' filmi üçün musiqisi Aytən İsmixanovaya aid olan ''Bakı'' mahnısına Rəşad Haşımov aranjımanı ilə ikinci nəfəs verildi Yeni hit mahnılar ''Canan'', ''Sevgi vergidir'', ''Yeni il'' mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılandı. Hər 3 mahnı sözləri Mircamal Haşımov, musiqisi Rəşad Haşımovundur.


Musiqi aləti Musiqiçi Musiqiçi Musiqiçi Musiqiçi
Piano Rəşad Haşımov
Piano Emin Kərimi *Eldar Məmmədov Etibar Əsədli Tərlan Məmmədli
Zərb alətləri İsgəndər Ələsgərov Evgeni Manukhin
Perkussiya *Tofiq Cabbarov Sultan Hüseyn Rzayev
Solo Guitar İlham Ələsgərov Yiğit Şener Əli İbrahimzadə
Bass Guitar Ruslan Hüseynov Emil Həsənov Nicat Paşazadə
Saksofon *Lütfiyar Əliyev *Teymur Süleymanbəyli Aydın Zeydullayev
Balaban *Şirzad Fətəliyev *Coşqun Sadıxov Nicat Məsimov
Vokal İlqar Quliyev Sevda Ələkbərzadə Jalə Kərimova Lamiyə Kərimova
Bek vokal Cəmilə Haşımova Emiliya Yaqubova
Trumpet *Firudin Həmidov Azad Qurbanov
Skripka Asif Kərimi
Ritm Guitar Vilayət Qəhrəmanzadə

Qarşısında * olan musiqiçilər qrupla sadəcə əməkdaşlıq ediblər.


Əməkdaşlıq

"Rast" qrupu 2002-cı ildə H.Əliyev adına sarayda Zülfiyyə Xanbabayevanın ikinci solo konsertinin , 2016-cı il H.Əliyev adına saray və 2018-ci il "Baku Congress Center"də Röyanın solo konsertlərinin , 2017-ci ildə Aygün Kazımovanın "Baku Crystall Hall"da keçirilən solo konsertinin musiqi rəhbəri olmuş Rəşad Haşımovun rəhbərliyi ilə çıxış etmişdir.

Albomlar

Videoqrafiya

Filmoqrafiya

  1. Əlvida (film, 2007)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.