R6 (Azərbaycan)
R6 — H.Z.Tağıyev–Sahil yolu respublika əhəmiyyətli yoldur. Ümumi uzunluğu 40 km olub, Bakı-Quba-Rusiya yolunu Ələt-Astara-İran yolu ilə birləşdirir.[1] Əsasən yük daşıması üçün əhəmiyyətlidir. Respublikanın cənub və qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Bakı-Quba-Rusiya yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 50 km qısaltmışdır.[2][3] Gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasına bu yol da daxildir.[4][5]
Avtomobil yolu | |
H.Z.Tağıyev-Sahil | |
---|---|
Ölkə | Azərbaycan |
Yol nömrəsi | R6 |
Uzunluğu | 40 km |
Eni | 15 m |
Başlayır | M1 |
Bitir | M3 |
Örtüyü | Asfalt |
Sahibi | Azəravtoyol |
Yenidən qurulması
2010-cu ilin aprel ayında “Azəryolservis” ASC-sinin sifarişi ilə uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometr, torpaq yatağının eni isə 15 metr olan yolun yenidən qurulmasına başlanıldı.[6] Tikinti işlərini “Azərinşaatservis” MMC həyata keçirmişdir.[7] Layihənin ümumi dəyəri 65,633,110.00 ABŞ dollarıdır. Layihəni Azərbaycan Respublikası və Dünya Bankı maliyyələşdirib.[8] Layihəyə əsasən bir gediş və bir gəliş olmaqla iki hərəkət zolağından (hər birinin eni 3,75 metr) ibarətdir. II dərəcəli avtomobil yolu olaraq tikintisi nəzərdə tutulan bu yolun yenidənqurulması zamanı 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılmışdır. Yolun üstündə 8 ədəd avtobus dayanacağı da inşa edilib.[9] Əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışını 28 may 2014-cü il tarixində İlham Əliyev etmişdir.[10][11]
İstinadlar
- "Respublika əhəmiyyətli yollar". Azəravtoyol. 2016-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- "Tağıyev-Sahil avtomobil yolu yenidən qurulur". Azərtac. 18 avqust 2012. İstifadə tarixi: 24 iyun 2016.
- "Tağıyev-Sahil yolu yenidən qurulacaq (FOTO)". Trend İnformasiya Agentliyi. 28 avqust 2012. İstifadə tarixi: 24 iyun 2016.
- "Bu yollar pullu ola bilər – AÇIQLAMA". oxu.az. 21 may 2014. 25 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- "Azərbaycanda ödənişli yollara ehtiyac vardır?". Marja. 4 yanvar 2013. İstifadə tarixi: 24 iyun 2016.
- "AVTOMOBİL YOLUNUN YENİDƏN QURULMASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MÜSABİQƏ KEÇİRİLİR". Azərtac. 19 avqust 2008. İstifadə tarixi: 24 iyun 2016.
- "Z.Tağıyev-Sahil avtomobil yolu 2012-ci ildə istismara veriləcəkdir". Azərtac. 1 may 2011. İstifadə tarixi: 24 iyun 2016.
- "Highway 2 - Additional Financing". Dünya Bankı. İstifadə tarixi: 24 iyun 2016.
- ""R6 Tağıyev-Sahil avtomobil yolunun yenidən qurulması" layihəsi". Azərinşaatsevis. 2016-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- "İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak etmişdir". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 28 may 2014. 6 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- "İlham Əliyev Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib - FOTO". oxu.az. 28 may 2014. 1 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.