Rəvan Əliyev

Rəvan Yusif oğlu Əliyev (27 may 2001, Sumqayıt23 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Rəvan Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 may 2001(2001-05-27)
Doğum yeri
Vəfat tarixi 23 oktyabr 2020(2020-10-23) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Quba Şəhidlər Xiyabanı
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ Müharibəsi
  Cəbrayılın azad edilməsi
  Zəngilanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "İgidliyə görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı  — 2020

Həyatı

Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. İkinci sinifdə oxuyanda musiqi məktəbinə qəbul olub və orada tar sinifini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradan fəxri fərmanlar alıb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulub.

Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı şəhid olub[2]. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.