Rəsulzadə (qəsəbə)

Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) və ya qısaca RəsulzadəAzərbaycan Respublikasının Bakı şəhərinin Binəqədi rayonunun inzibati-ərazi vahidində şəhər tipli qəsəbə.

Rəsulzadə
40°26′03″ şm. e. 49°51′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 51.800 nəf. (2014)
Rəsulzadə xəritədə
Rəsulzadə
Rəsulzadə

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[1]

Haqqında

Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir.

Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır.

Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir.

Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur.

Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.

Həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Prokurorluğunun, Rayon Məhkəməsinin, Rayon Polis idarəsinin, C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının, Mərkəzi Seçki Komissiyasının, Dövlət Miqrasiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binaları Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşir.

Qəsəbə ərazisində Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası və onun Poliklinika şöbəsi, 20 saylı uşaq poliklinikası, "Avrasiya" özəl tibb mərkəzi, "Vimay" özəl tibb mərkəzi, 9 saylı Təcili yardım stansiyası fəaliyyət göstərir.

Qəsəbə ərazisində 3 istirahət parkı: Heydər Əliyev, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına parklar yerləşir.

Eyni zamanda qəsəbə ərazisində bir çox sənaye müəssisələri, o cümlədən ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC, müxtəlif növ boyalar istehsal edən "Sobsan" müəssisəsi, tikinti sənayesi üzrə formalaşan Bakı "Dəmir-Beton-8" ASC, "Asko" firması, "Arzu" LTD beton-çınqıl, "Ağac emalı" zavodu, "Azprof" MMC, "Montana Construction" beton-çınqıl, "Monalit Beton" MMC, 6 saylı Dəmir beton zavodu, "Akabe inşaat" və "Kosmik cihazqayırma" təsərrüfat zavodu fəaliyyət göstərməkdədir.

Rəsulzadə qəsəbəsində "Vaqa"MMC, "Zəngəzur" müəssisəsi, "Gilan" yığma emalatxanası, 29 saylı çörəkbişirmə müəssisəsi, "Uğur-ÇB" istehsal müəssisəsi, "Ruzi-VM" MMC,"Uzun Ömür"MMC, "Yadigar" firması, və s. müxtəlif təyinatlı müəssisələr öz fəaliyyətlərini həyata keçirirlər.

Rayon İcra Hakimiyyəti başçısının Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi 2019-cu ildən bu vəzifədə çalışan Qafarov Zaur Alxan oğludur.[2]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.