Rəsmiyyə Sabir

Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

Rəsmiyyə Sabir
Abdullayeva Rəsmiyyə Sabir qızı
Doğum tarixi
Doğum yeri Masallı, Ərkivan
Vətəndaşlığı azərbaycanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir.

Bədii yaradıcılığı

Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Kölgəsiz dar ağacları" (İraq), “Unutdun məni”, "Sahilsiz adam” (Türkiyə) adlı şeirlər kitabının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq Füzuli Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcənin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla, 2016-cı ildə Kərkük Kültür Mərkəzinin, 2017-ci ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Qazaxıstanın Mədəniyyət nazirinin Fəxri Fərmanları ilə təltif olunub. 2017-ci ildə “Fəzanın cazibəsi” antologiyasının hazırlanmasındakı əməyinə görə Rusiya Yazarlar Birliyinin Arxangelsk Regional Bölməsinin Təşəkkürnaməsini qazanıb. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. 2018-ci ildə "Sonun başlanğıcı" adlı şeirlər kitabı çap olunmuşdur. Kitabda şairin son illərdə Allah, Vətən, sevgi, sosial mövzularda qələmə aldığı fəlsəfi, lirik şeirləri toplanmışdır. Kitab “Hər şey, səndən başlanıb, hər şey səndə bitir, İlahi”, “Səcdagahım Vətən”, “Səssizliyin ninnisi”, “Həyatın rəsimləri”, “Vətəndən məktublar”,“Yaşamadıqlarım”, “Sevginin şəklinin neqativi” kimi bölmələrdən ibarətdir.

Elmi fəaliyyəti

Rəsmiyyə Abdullayeva 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 2008-ci ildən İnstitutda Elmi katib vəzifəsində çalışır. Fərdi tədqiqatları əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Apardığı araşdırmaların nəticələri müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş, müvafiq proqram və sənədlərin hazırlanmasında istifadə olunmuşdur.

2006-cı ildə "Azərbaycanda əhalinin pensiya təminatı sisteminin formalaşması və təkmilləşdirilməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adı almışdır. “Azərbaycan Respublikasında əhalinin sosial təhlükəsizliyinin təmin edilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası ilkin müzakirədən uğurla keçmişdir.

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın (1 fərdi və 6 kollektiv), 1 dərs vəsaitinin müəllifidir. Azərbaycanda və xarici ölkələrdə (Çin Xalq Respublikası, Türkiyə, Rusiya, Rumıniya, Macarıstan, Qazaxıstan, Belarus və s.) elmi konfranslarda iştirak və məruzə etmişdir.

12 qrant layihəsinin rəhbəri, koordinatoru, eksperti olmuşdur. 2006-2008-ci illərdə həm də «Gənc Alimlər Şurası»nın sədri kimi fəaliyyət göstərmişdir. 2006-cı ildən Elmi Şuranın üzvüdür. R.Abdullayevanın elmi rəhbərliyi ilə 2 nəfər iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın “İqtisad elmləri” üzrə redaksiya heyətinin üzvüdür.[1]

Elmi əsərləri

  • R.S.Abdullayeva, A.N.Muradov. On the problem of the unemployment under the condition of new economic relations // “Public economics: A regional perspective” Proceedings of the third international scientific and practical conference, Volume III, (Niceqorodskiy Qosudarstvennıy Universitet im. N.İ.Lobaçevskoqo), Nizhni Novgorod-2001.
  • R.S.Abdullayeva, A.N.Muradov. Təhsil gənclərin mənəvi tərbiyəsinin əsas şərti kimi // «Azərbaycanda demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasında gənclərin rolu» Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş Respublika Elmi-Praktik Konfransında məruzələrin tezisləri. (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi), Bakı-2003.
  • R.S.Abdullayeva. İslahatlar: Pensiya təminatında nə dəyişəcək? // Azərbaycan Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi, «Himayədar» jurnalı, №17,2006.
  • R.S.Abdullayeva. Pensiya təminatı sistemi: islahatlar, nəticələr // Aqil Əlirza oğlu Əliyevin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları (Azərbaycan Dövlət Tibb Universiteti), Bakı-2006.
  • R.S.Abdullayeva. Azərbaycan Cumhuriyetində Emeklilik sistemi: mevcut durum və onun geliştirilməsi yolları // Türkiyə - Milli Produktive Merkezi, «Verimlilik dergisi», 2006.
  • R.S.Abdullayeva. Sosial müdafiə sisteminin nəzəri əsasları // AMEA-nın Xəbərləri, №3-4, 2006.
  • Абдуллаева Р.С. Оценка проводимых в Азербайджане пенсионных реформ // ХХI век: Итоги и новые горизонты социальной работы, Меж. Науч-прак. Конференции, Москва 2006.
  • Абдуллаева Р.С. Система социального страхования в Азербайджане // Социально-экономические проблемы формирования трудовых отношений , Меж. Научно-прак. Конференция Омск, 2007, 502 с. ст.304-308, 2007.
  • Azərbaycanda pensiya təminatı sisteminin formalaşması və təkmilləşdirilməsi (monoqrafiya). R.S.Abdullayeva. Bakı: Elm, 2007, 260 s.
  • R.S.Abdullayeva, A.N.Muradov. Innovation policy in Azerbaijan // Национальная Академия Наук Беларусии Институт Экономики, «Новое качество экономического роста: инновации, инвестиции, конкурентоспособность», Сборник материалов Международной научно-практической конференции 25-26 октября 2007 г. г.Минск.
  • Azərbaycanda Demoqrafiaya və sağlamlıq Sorğusu-2006 (yekun hesabat). R.S.Abdullayeva. Dövlət Statistika Komitəsi və Calverton, Maryland, ABŞ: Macro İnternational İnc., Bakı, 2008, 269 səh.
  • Абдуллаева Р.С. Модели социального страхования в постсоциалистической системе социальной поддержки населения. Сравнительный анализ опыта стран СНГ (Азербайджан) // Международный Научный- и общественно-политический журнал, Общество и экономика, № 12, 2008, Москва, «Наука», ст.38-46.
  • Абдуллаева Р.С. О государственном регулировании социального обеспечения // Министерство образования и науки Российской Федерации Международная Академия Финансовых Федерации Международная Академия Финансовых Технологий, «Актуальные проблемы экономики и совершенстования правового регулирования в экономике, 2009, г. Пятигорск».
  • R.S.Abdullayeva. Social policy in Azerbaijan Republic: modern situation and improvement directions // Macaristan,”Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfrans-2009.
  • Sosial sferanın iqtisadiyyatı (dərs vəsaiti). R.S.Abdullayeva. Bakı: Elm, 2009, 230 s.
  • R.S.Abdullayeva. İnnovasiyalı ali təhsilin əhalinin sosial təhlükəsizliyinin təmin olunmasında rolu // Azərbaycan Respublikasında İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və onların həlli yolları mövzusunda respublika elmi konfransının materialları, Sumqayıt-2010.
  • R.S.Abdullayeva. The improvement directions of the social protection of the population in Azerbaijan Republic // Икономически Институт На Българската Академия На Науките. Икономически изследования. 2011
  • Абдуллаева Р.С. Оценивание изменений происшедших в уровня жизни пенсионеров азербайджанской республики за годы независимости // Всероссийский Цент уровня жизни. «Уровень жизни населения регионов России». 2011-4.
  • Абдуллаева Р.С. Социальная политика в Азербайджане: современное состояние и направления развития // Региональные проблемы преобразования экономики", 2012-4, Дагестан.
  • Абдуллаева Р.С. Направления развития культуры в Азербайджанской Республике // Материли 1 всеукраинской науко-практичной конференции. 2012 Ст. 3-6. Украйна.
  • R.S.Abdullayeva, P.S.Hasanov. The improvement ways of the social security of Azerbaijan people // Abstracts collection on new challenges in the European Area: International Baku Forum of Young Scientists dedicated to the 90-th Anniversary of national leader Haydar Aliyev, Baku-2013/ p. 371-373.
  • R.S.Abdullayeva, Nader Hassan Nezhad. Reform in Insurance Payment in Iran // Life Science Journal 2013;10(12s) ABŞ,İSİ (impakt faktorlu)
  • Абдуллаева Р.С. Роль здравоохранения в формировании человеческого капитала в Азербайджане // “Региональные проблемы преобразования экономики", 2014-5, Дагестан.
  • R.S.Abdullayeva, I.H.Alıyev, A.N.Muradov. Role of the public health service in formation of human capital in Azerbaijan // IDOSI, Middle-East Journal of Scientific Research 21 (8): 1213-1218, 2014.
  • Rəqabətqabiliyyətli iqtisadiyyatda həyat səviyyəsi və onun keyfiyyətcə yaxşılaşdırılmasının sosial-iqtisadi problemləri (monoqrafiya). R.S.Abdullayeva, C.B.Quliyev, M.H.Rzayeva, A.U.Allahverdiyeva. Bakı: Avropa, 2014, 198 səh.
  • R.S.Abdullayeva, S.M.Mahmudov. Əhalinin sosial müdafiəsinin gücləndirilməsində səhiyyənin rolu // AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti İctimai fənlər kafedrası, “AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktik konfransın materialları”. səh. 88-92.
  • R.S.Abdullayeva, V.X.Həşimova. Pensiya sisteminin liberallaşması // Qloballaşma və regional inteqrasiya Respublika elmi konfransının materialları. Mingəçevir-2016, səh.113-115.
  • Qeyri-dövlət pensiya təminatı (kollektiv monoqrafiya). R.S.Abdullayeva, C.B.Quliyev, A.N.Muradov, Y.S.Əzizov, T.Ə.Paşa. Bakı: Elm və Bilik nəşriyyatı, 2016, 134 səh.
  • Pensiya sisteminin liberalliq-inzibatilik səviyyəsi və sosial-iqtisadi inkişaf (kollektiv monoqrafiya). R.S.Abdullayeva, V.X.Həşimova. Bakı: Elm nəşriyyatı, 2017.
  • R.S.Abdullayeva. Pensiya sisteminin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil // AMEA İqtisadiyyat İnstitutu, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, “Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans, Bakı, 2018, s. 125-145.
  • R.S.Abdullayeva. Government regulation of the pension system: cross-country comporative analysis // The Institute of Economics of NASA, The Institute of Economics of CSSA, The International Conferance on the theme of “Azerbaijan and Chinese economies: comporative analyses” (Çin və ingilis dillərində) p.242-258.

Mükafat və təltifləri

  • 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır.
  • 2003-cü ildə "Fəxri gənc" mükafatına layiq görülmüşdür.
  • 2004-cü ildə "Həbs olunmuş sükut" adlı kitabı "Dünya Gənc Türk Yazarlar Birliyi" tərəfindən mükafatlandırılıb.
  • 2006-cı ildə elm sahəsindəki nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşdür.
  • 2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin “İlin Ədəbiyyat Mükafatı”nı alıb.
  • 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb.
  • 2015-ci ildə Özbəkistanda yayınlanan “Kitab dünyası” Qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla layiq görülüb.
  • 2016-cı ildə Kərkük Kültür Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.