Rəngkarlıq muzeyi
Rəngkarlıq muzeyi - XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyi.[1]
Rəngkarlıq muzeyi | |
---|---|
Açılış tarixi | 2015 |
Mövzu | Tarix |
Yerləşir | Bakı, Azərbaycan |
Direktor | Aida Mahmudova |
Muzeyə yetişmək | Bakı, Azərbaycan, AZ1003 |
Telefon | +99412 505 1414 |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
Muzey haqqında
Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.[2]
Muzeyin eksponatları
Muzeydə həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib. [3]
Həmçinin bax
Xarici keçidlər
- "Muzeyin sərgiləri". www.yarat.az. İstifadə tarixi: 28.01.2021.
- ""Danışır Bakı"-1900-1940-cı illər". edumap.az. 2021-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- "Sərgi". www.events.az. İstifadə tarixi: 28.01.2021.
İstinadlar
- "YARAT muüasir incəsəənət məkanı". www.yarat.az. 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- "Rəngkarlıq". intangible.az. 2019-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- "Rəngkarlıq muzeyi". www.yarat.az. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.