Rəncbərlər

RəncbərlərAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Rəncbərlər
40°03′10″ şm. e. 47°17′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 67 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0416
Rəncbərlər xəritədə
Rəncbərlər
Rəncbərlər

Tarixi

Rəncbərlər yaşayış məntəqəsinin ilk sakinləri Murtuz bəy, Səlim bəy və Həmid bəyin torpaqlarında işləyən və mənşəcə kəbirli tayfasına mənsub olan rəncbərlər olduğu üçün o, belə adlanmışdır. XV–XIX əsrlərdə İran, AzərbaycanErmənistanda (Qərbi Azərbaycanda) kəndli kateqoriyası olan rəncbərlər feodaldan torpaq, su, toxum, iş heyvanı və s.alır, əvəzində məhsulun müəyyən hissəsini ona verirdilər. Bəzi xanlıqlarda ancaq mülkədarın şəxsi təsərrüfatında çalışanlar rəncbərlər adlanırdı. Rəiyyətdən fərqli olaraq kənd icmasına daxil olmayan rəncbərlər torpağa yox, şəxsən sahibkara təhkim idi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, 1845-ci il fərmanına əsasən, rəncbərlər təhkimli kəndli kateqoriyasına daxil edildilər. Rəncbərlər "cütcü, əkinçi", "sahibkardan şəxsi asılı olan kəndli" mənasındadır. Hacıqabul rayonunda da Rəncbər kəndi vardır. Vaxtilə İrəvan xanlığının Zəngibasar mahalında Rəncbər adlı kənd mövcud idi.[2]

Əhalisi

Əhalisinin sayı 2141 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kəndin əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Kəndin kəbirli, seyid məhəmmədağalılar, kəlbədərkahlılar, qurbanlılar, qazaxlılar, bayramlılar, ismayıluşağılar, əsgərlilər, şüşəməmmmədlilər, seyidlər və başqa tayfa tirələri var.[2]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.