Rəna Əffəndi
Rəna Əffəndi — (26 aprel 1977, Bakı) — fotoqraf, quruluşçu rəssam.
Rəna Əffəndi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Sayt | refendi.com |
Həyatı
Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Sərgi və layihələri
- 2006 Personal sərgi, 18-ci Beynəlxalq, Visa Pour L’image fotojurnalistika sərgisi, Perpinyan, Fransa
- 2006 Personal sərgi, Les Imagiques festivalı, Bordo, Fransa
- 2009 "Pipe Dreams" adlı fotokitab
Mükafatları
- 2004 "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya fondunun mükafatçısı, ABŞ. Azərbaycanda ilin fotorəssamı.
- 2005 World Press Photo-da ustad-dərslərin iştirakçısı
- 2006 "Getty Images" qrantı
- 2007 İnqe Morat premiyasının finalçısı, Magnum Photos, Fransa
- 2009 Magnum Fondu Qafqaz üzrə Fotoqraf mükafatı
- 2011 Prince Claus mükafatı
- 2011 Magnum Fondu qrantı