Rəna Əfəndizadə
Rəna Mahmud qızı Əfəndizadə (29 noyabr 1929, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979).
Rəna Əfəndizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
İşləri və nailiyyətləri | |
Mükafatları |
|
Həyatı
Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.[1][2]
Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.[2]
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
- "Şərəf nişanı" ordeni — 1986
- "Şöhrət" ordeni — 19 aprel 2000[3]
- Akademik Mikayıl Hüseynov mükafatı — 2012
- 2-ci dərəcəli "Əmək" ordeni — 28 noyabr 2019[4]
İstinadlar
- "Prezidentdən Rəna Əfəndizadə ilə bağlı Sərəncam". xezerxeber.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
- "Müasir memarlıq — Əfəndizadə Rəna". uaa.az. Azərbaycan Memarlar İttifaqı. 14 oktyabr 2016. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
- "Azərbaycan memarlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 19 aprel 2000. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
- "R.M.Əfəndizadənin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.