Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان; təq. 594[1], Məkkə – 665[2], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.[3]
Rəmlə binti Əbu Süfyan | |
---|---|
ərəb. رملة بنت أبي سفيان | |
Doğum tarixi | təq. 594[1] |
Doğum yeri | |
Vəfat tarixi | 665[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Atası | Əbu Süfyan[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi.
Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir. Səbəb isə atası Əbu Süfyanın müsəlmanların qızğın müxalifi olması idi. Bütün bunları öyrənən Məhəmməd peyğəmbər bu qadının səmimi imanına heyran olduğunu bildirir. O, öz nümayəndəsini Efiopiyanın kralı Nəcaşinin yanına göndərir və Rəmləni onunla evlənmək üçün Mədinəyə onun yanına göndərməsini xahiş edir. Hicri 7-ci ildə peyğəmbərlə evlilik baş tutur. Bu evlilik Məhəmməd peyğəmbərə Məkkə bütpərəstlərinin lideri Əbu Süfyanla arasında olan gərginliyi azaltmağa imkan verir.
Rəmlə binti Əbu Süfyan mömin qadın idi. O, 665-ci ildə qardaşı Müaviyənin dövründə 70 yaşında vəfat etmişdir. Onun nəql etdiyi 65-dən çox hədis məlumdur.
İstinadlar
- http://www.mpac-ng.org/islam-links/281-mothers-of-the-believers-umm-habiba-ramla-bint-abu-sufyan.html.
- Али-заде А. Умм Хабиба бинт Абу Суфьян (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
- "Yeni Ümit Dini İlimler ve Kültür Dergisi". 12 avqust 2013. 7 oktyabr 2013 tarixində arxivləşdirilib.