Rəhman Mustafayev (polkovnik)
Rəhman Bəhman oğlu Mustafayev (24 dekabr 1937, Sallı, Mikoyan rayonu – 12 iyun 2015, Bakı) — polkovnik, Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinin rəisi (1994–1995).
Rəhman Mustafayev | |
---|---|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi | |
1994 – 1995 | |
1992 – 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 dekabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2015 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Rütbəsi |
Polis polkovniki |
Həyatı
1937-ci il dekabrın 24-də Ermənistan SSR (Dərələyəz mahalı) Mikoyan (Yexeqnadzor) rayonunun Sallı kəndində anadan olmuşdur. 1952-ci ildə Yuxarı Aralıq kənd 7 illik məktəbini əla qiymətlərlə bitirmiş, Ordubad Pedaqoji Texnikumuna imtahansız qəbul olmuşdur. Ordubadda oxuduğu müddətdə valideynləri 5 ay Noraşen rayonunun Yuxarı Yaycə kəndində, 1956-cı ilə qədər Baş Noraşen (Cəlilkənd) kəndində yaşayıb, oradan yenidən Ermənistan SSR Yexeqnadzor rayonunun Sallı kəndinə qayıtmışlar.
1956-cı ildə Ordubad Pedaqoji Texnikumunu fərqləənmə diplomu ilə bitirib, Bakıda V. İ. Lenin adına APİ-nin tarix-filologiya fakültəsinə qəbul olmuş, 1961-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, İmişli rayonuna təyinat almışdır. 1 sentyabr 1961-ci ildən 1 fevral 1962-ci ilə qədər Sərxanlı kənd orta məktəbinin dərs-hissə müdiri vəzifəsində işləmişdir. R. Mustafayev 1962-ci ilin fevral ayında hərbi xidmətə çağrılmış, 1 il 8 ay Moskva şəhərində daxili qoşunlarda batalyonun müstəqil komsomol təşkilatının katibi seçilmiş, 1963-cü ildə Saratov Hərbi məktəbini (eksterno) bitirmiş, kiçik leytenant rütbəsi almışdır. 1964–1966-cı illərdə Azərbaycan Marsizm-Leninizm Universitetində oxumuş və oranı fərqlənmə ilə bitirmişdir.
1965-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1968-ci ildə 26-lar rayonunda bölmə rəisi, 1972-ci ildə Lenin rayon DİŞ-də siyasi işlər üzrə rəis müavini, 1975-ci ildə Quba rayon DİŞ-in rəisi, 1977-ci ildə Quba rayon xalq deputatı seçilmişdir. 1979-cu ildə Nəsimi rayon DİŞ-in rəisi, 1980-ci ildə Nəsimi rayon xalq deputatı seçilmişdir. 1980–1987-ci illərdə Bakı şəhər Dİİ-nin rəis müavini, 1987-ci ildə Lenin rayonu DİŞ-in rəisi, 1989–1992-ci illərdə Metropolitenin mühafizə şöbəsində inspektor, 1992-ci ildən DİN-in Baş Mühafizə İdarəsində rəis müavini işləmiş, 1992-ci ildən 31 avqust 1994-cü ilədək təqaüdçü olmuş, 1994–1995-ci illərdə Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Mustafayev Rəhman Bəhman oğlu 2015-ci il iyul ayının 12-də Bakıda vəfat etmişdir. Xaçmaz rayonunda dəfn edilmişdir.
Ailəsi
Zülfüqarova Ədilə Baba qızı ilə evlənmiş, bir oğlu, dörd qızı olmuşdur.