Rəhimağalı
Rəhimağalı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimağalı | |
---|---|
40°30′51″ şm. e. 48°24′41″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Digər | |
Rəhimağalı kəndi | |
|
Tarixi
Keçmişdə kənd həm də Eldəlləkli adlanırdı.Rəhim ağa orada məskunlaşan ailələrin başçısı idi. XIX əsrin ortalarında Cavad qəzasında yaşamış 67 ailədən ibarət obanın məskunlaşması nəticəsində yaranmışdır.
Təsərrüfat
Əhali əsasən maldarlıq və əkinçiliklə məşğuldur.Əvvəllər isə kəndin ərazisinə üzümçülük və pambıqçılıq sahələri əkilsədə sonradan kolxozçuluğun zəifləməsi bu sahədə kəndə mənfi cəhətdən öz təsirini göstərdi.Bundan sonra kənd bələdiyyəsi torpaqları əhali arasında bölüşdürərək onların taxılçılıq və digər əkinçiliklə məşğul olmasına şərait yaratdı.
Ziyalılar
Şıxəliyev Səfər Qubat oğlu - 20.11.1920-ci ildə Ağsu rayonu Rəhimağalı kəndində anadan olmuşdur. Tarix müəllimi, Baş müəllim, Direktor (50-ilə yaxın gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olmuşdur). Böyük Vətən Müharibəsində göstərdiyi igidliyə görə "Şöhrət" ordeni, "İgidliyə görə" medalı və s. medal, ordenlərlə təltif olunmuşdur. "Hünər" qəzetində Böyük Vətən Müharibəsində keçdiyi döyüş yolu haqqında öz müsahibəsi çap olunmuşdur.
Həmçinin bax
Xarici keçidlər
- Əlavə Meta Məlumatlar Arxivləşdirilib 2020-06-08 at the Wayback Machine
- Rəhimağalı kosmosdan çəkiliş