Rəhim Seyfullayev

Rəhim SeyfullayevAzərbaycan Respublikasının əməkdar memarı (19.04.2000)[1], SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999)

Rəhim Seyfullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Norilsk
Bakı
Əsas tikililəri Fəvvarələr meydanı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı  — 2000

Həyatı

Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir[2].

Mükafatları

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür[1].

Layihələri

  • Fəvvarələr meydanı — 1980-ci illər[2]
  • Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə)[2]
  • Nizami 10 ünvanında yerləşən ofis binası — 1998–2000 illər[2]
  • İçəri Şəhərdəki ofis binası — 2000–2003 illər[2]
  • İçərişəhərdə mehmanxana layihəsi — 2000–2003 illər[2]

Memarın fikirləri

  • Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir.
  • Memar boşluğun sehrbazıdır.
  • Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır. Təkcə forma obrazı müəyyənləşdirmir, digər ünsürlərlə birlikdə forma özünü göstərir.
  • Tikinti materialları cansızdır. Yalnız memar onu canlandırmaq qabiliyyətinə mlikdir.
  • Memar interyeri işləyə bilmirsə, o həcmli əsərlər yarada bilməz.
  • İnteryer yekcins, geniş, xeyli mürəkkəb və süzülən olmalıdır.
  • Memarlıqda başlıca şey nə etdiyini anlamaqdır.

İstinadlar

Ədəbiyyat

  • Rəna Əfəndizadə, "Memar – Rəhim Seyfullayev" kitabı.
  • Elçin Əliyev, "Müasir Azərbaycan Memarları 2010" kitabı.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.