Rəhim Nağıyev

Nağıyev Rəhim Səfər oğlu (d.1921) — fəlsəfəşünas, fəlsəfə e. n. (1968).

Yaradıcılığı

Üzeyir Hacıbəyovun ədəbi-bədii irsinin tədqiqi ilə məşğul olmuşdur[1]. 1947-ci ildə ADU-da Ü.Hacıbəyovla keçirilən görüşdə bəstəkarın ədəbi-bədii yaradıcılığı mövzusunda məruzə ilə çıxış etmiş, "Ü.Hacıbəyovun ədəbi-bədii yaradıcılığı" mövzusunda diplom işi yazmışdır. Ü.Hacıbəyovun ədəbi-bədii irsinə və estetik görüşlərinə həsr olunmuş məqalələrin və "Üzeyir Hacıbəyovun estetik görüşləri" (1985) monoqrafiyasının müəllifidir. Həmin əsərlərdə Ü.Hacıbəyovun Azərbaycanda ictimai-estetik fikrin inkişafında rolu, onun sənətin, xüsusilə musiqi sənətinin spesifik xüsusiyyətləri, realizm, xəlqilik, novatorluq, ideyalılıq, müasirlik və sənətkarlıq problemlərinə dair baxışları açıqlanır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.