Rəhilə Məmmədova

Rəhilə Məmmədova (17 dekabr 1955, Qazax rayonu) – Azərbaycanın əməkdar artisti (2018), "Qızıl Dərviş" mükafatı laureatıdır.[mənbə göstərin]

Rəhilə Məmmədova
Məmmədova Rəhilə Zahid qızı
Doğum tarixi 17 dekabr 1955(1955-12-17) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

1955-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirmiş, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərir.

Fəaliyyəti

İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır:

  • “Şair və Hökmüdar” (Məhsəti)
  • “Memarın məhəbbəti” (Möminə xatın)
  • “İsgəndərnamə” (Nüşabə)
  • “ Qapı” (Ana)

Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” – aparıcı vəs.

Hal hazırda Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyir.

Mükafatları

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.