Rəfiqə Şabanova

Şabanova Rəfiqə Mahmud qızı (31 oktyabr 1943, Bakı) — Azərbaycan əməkdar bədən tərbiyəsi və idman ustası (1982). SSRİ əməkdar idman ustası (1976).

Rəfiqə Şabanova
Şabanova Rəfiqə Mahmud qızı
Doğum tarixi
Doğum yeri Bakı
Fəaliyyəti Həndbolçu
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı "Şöhrət" ordeni SSRİ əməkdar idman ustası
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Həyatı

Rəfiqə Şabanova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir[1].

XXI Olimpiya oyunları (1976, Monreal) çempionu, SSRİ çempionatının gümüş (1970–74, 1976–77), bürünc (1965, 1978, 1980, 1982–1984), SSRİ Xalqları Spartakiadasının gümüş (1974) və bürünc mükafatçısı (1975–1979) olmuşdur. "Avtomobilçi" komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu almışdır (1983).

İstinadlar

  1. "ŞABANOVA Rəfiqə Mahmud qızı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.