Rafael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı,[1] Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi.
Rafael Allahverdiyev | |
---|---|
12 noyabr 1995 – 2004 | |
Seçki dairəsi | 1995 — 25 saylı Nərimanov ikinci 2000 — 25 saylı Nərimanov ikinci |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
21 noyabr 1992 – 21 noyabr 2001 | |
Sədr | Heydər Əliyev |
3 iyul 1993 – 16 oktyabr 2000 | |
Əvvəlki | Rauf Gülməmmədov |
Sonrakı | Hacıbala Abutalıbov |
1985 – 1990 | |
Seçki dairəsi | 46 nömrəli Çapayev |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | vəzifə ləğv edildi |
1983 – 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 2009 (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.
İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var.
2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.[2]
Siyasi fəaliyyəti
1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.
1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.
O, 2004-cü ildə İsveçrəyə mühacirət edərək deputat mandatından imtina etmişdir. Elə həmin il o Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılmışdır.
İstinadlar
- İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
- "Arxivlənmiş surət". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-15.
Xarici keçidlər
- Azərbaycan Milli Məclisinin rəsmi səhifəsində Rafael Allahverdiyev
- Bakı şəhərinin keçmiş meri Rəfael Allahverdiyev Respublika Prokurorluğuna çağrılıb — 2004–08–02
- Rəfael Allahverdiyev vəfat etdi
- Rəfael Allahverdiyevin son zəngi — I
- Rəfael Allahverdiyevin son zəngi — II
- "Rafaelin ölümü"
- R. X. Allahverdiyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında