Rədif (ədəbiyyat)

Rədif (ərəb. رديف- əlavə, rezerv) — hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi [1]. Misra sonunda ahəngdar və ardıcıl surətdə səslənən belə sözlər oxucunun diqqətinin konkret bir mətləb üzərində cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda böyük rol oynayır.

Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa şəkildə qafiyələnə bilər. Müxtəlif şeir şəkillərində qafiyə quruluşu müxtəlifdir.Rədifli qəzəldə qafiyələnən bütün sətirlər eyni sözlə bitir. Divan ədəbiyyatında “eşq”, “gecə”, “şam”, “hamam”, ”könül” kimi rədiflər üzərində rədifli qəzəllər yazmaq bir ənənədir. Həmçinin xalq şeirində qoşmanında “dağlar”, “durnalar” tipli rədif qafiyələri vardır. Məsələn:

    Bir üzrlə hər gündə durma qapımda,     
    Yalvarma mənə, boynunu kəc burma qapımda, 
    Gahi başına, gah döşünə vurma qapımda, 
    Ləvğ olma, ədəb gözlə bu məvadə Əkinçi!
    Lal ol, a balam, başlama fəryadə, Əkinçi!

    (Mirzə Ələkbər Sabirin "Əkinçi" şeirindən)

    Bu şeirdə rədiflər "qapımda" və "əkinçi"dir.

    İstinadlar

    1. Azərbaycan dilinin izahlı lüğəti - Rədif
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.