Rədif
Rədif sözü termin kimi müxtəlif mənalarda istifadə edilir:
Ədəbiyyatda
Rədif (Ədəbiyyat) - hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi [1].
Musiqidə
1) Muğamat şöbələrinin, guşələrinin, təsnif və rənglərinin dəstgahlar sistemi üzrə təşkil və tənzim qaydası [2].
2) İran klassik musiqisində janr. Vokal və instrumental ola bilər. Səntur, tar, setar, kamança, neydə çalınır. 2009-cu ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mənəvi İrsinin listəsinə daxildir.[3]
İstinadlar
- Azərbaycan dilinin izahlı lüğəti - Rədif
- "Muğam Ensiklopediyası - Rədif". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-13.
- "UNESCO Culture Sector - Radif of Iranian Music". 2013-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.