Rəşid Hüseynov

Rəşid Hüseyn oğlu Hüseynov (1962, Mollabayramlı, Kəlbəcər rayonu26 fevral 1992, Naxçıvanik, Xocalı rayonu) — Xocalı soyqırımı şəhidi, döyüşçü.[1]

Rəşid Hüseynov
Rəşid Hüseyn оğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1962
Doğum yeri
Vəfat tarixi 26 fevral 1992(1992-02-26)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Uşaqları Samir, Azadə
Atası Hüseyn Fərəc оğlu Hüseynov
Anası Zinət Yunis qızı Hüseynova
Hərbi fəaliyyəti
Döyüşlər

Həyatı

Hüseynov Rəşid Hüseyn oğlu 1962-ci ildə Kəlbəcər rayonunun Əli Bayramlı (indiki Mollabayramlı) kəndində anadan olmuşdur. 1978-ci ildə Zar kənd orta məktəbini bitirmişdir. 1978-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Orta məktəbi Xocalıda bitirmişdir.[2]

1980–1982-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa texniki peşə məktəbində oxumuşdur.

1989-cu ildən Xocalı milis bölməsində ictimai asayişin keşikçisi olaraq işləməyə başlamış, şəhid olana qədər DİN-nin polis sıravisi olmuşdur. Gecə-gündüz Xocalı, Xankəndi dəmiryolu vağzalında növbədə durmuş, erməni təxribatlarının qarşısını almağa səy göstərmişdir.

Xocalı mühasirədə olduğundan həyat yoldaşını və uşaqlarını 19 noyabr 1991-ci ildə Xocalıdan köçürmüş, ata-anası Xocalıda qalmış, özü isə Xocalıda xidmətinə davam etmişdir.

Rəşid Hüseynov 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı zamanı xocalıları müdafiə edə-edə Naxçıvanikə (Naxçıvanlı) qədər gəlmiş, orada şəhid olmuşdur. Rəşidin atası Hüseynov Hüseyn Fərəc oğlu və anası Hüseynova Zinyət Yunis qızı da həmin soyqırımı zamanı şəhid olmuşdur. Hər üçünün (ata, ana və oğul) meyitləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[3]

Rəşid Hüseynov 1988-ci ildə Tacirə Qaçay qızı ilə ailə həyatı qurmuşdu. Samir və Azadə adlı iki övladı var.[4]

Xatirəsi

3 oktyabr 2023-cü ildə dəfn olunduğu Yeni Daşkənd kəndində 60 illik yubileyi keçirilmişdir.

İstinadlar

  1. Qənirə Paşayeva. "Xocalı", 2011. səh.85.
  2. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 267-268. ISBN 978-9952-568-22-6.
  3. Rəşid Hüseynov // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə).
  4. Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.