Rəşid Behbudov küçəsi
Rəşid Behbudov küçəsi — Bakı şəhərində mərkəzi küçələrdən biri. Keçmiş adı “Leytenant Şmidt”, küçənin uzunluğu 2,16 km-dir. Rəşid Behbuddov küçəsində 2 saylı musiqi məktəbi, Rəşid Behbudov adına Mahnı teatrı, 8 saylı orta məktəb, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Şəhriyar adına mədəniyyət evi, Musiqi sənəti muzeyi, Caz mərkəzi, Akvapark və Azərbaycan Dillər Universiteti.
Rəşid Behbudov küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Bakı |
Uzunluğu | 2160 m |
metro | Sahil |
Həmçinin bu küçədə çar Rusiyası dövründə inşa edilmiş bir çox tarixi binalar mövcuddur, Rəşid Behbudov küçəsində bəzi tanınmış brendlərin dükanları da yerləşir.
Şəkillər
- Puşkin adına məktəb (indiki 8 saylı orta məktəb)
- Murtuza Muxtarovun mülklərindən biri.
- Şəhriyar adına mədəniyyət evi
- Tarixi bina.
- 8 saylı orta məktəb.
Ədəbiyyat
- Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.