Rəşid Behbudov

Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915[1], Tiflis[2]9 iyun 1989[3], Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, AzərbaycanDağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi.

Rəşid Behbudov
260xpx
Ümumi məlumatlar
Doğum tarixi 1 (14) dekabr 1915[1]
Doğum yeri
Vəfat tarixi 9 iyun 1989(1989-06-09)[3] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı
Atası Məcid Behbudov
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, kino aktyoru, aktyor, siyasətçi, müğənni
Fəaliyyət illəri 1933–1989
Janrlar xalq musiqisi, opera
Musiqi alətləri piano, tar, fortepiano
Səs tembri tenor, Tenor-altino
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
SSRİ xalq artisti Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti Azərbaycan SSR Dövlət mükafatı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rəşid Behbudov Sevil operasında Balaş rolunda

Həyatı

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[4] Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur.[5] 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.[6][7][8]

Ailəsi

Ceyran Behbudovanın (1935–2017) həyat yoldaşı, müğənni Rəşidə Rəşidin atası, Ənvər BehbudovNəcibə Behbudovanın qardaşıdır.

Təltif və mükafatları

Xatirəsi

Əsərləri

  • Aylı Gecələr
  • Alagöz
  • Anacan, Dostum Evlənir
  • Ayrılıq
  • Azərbaycan
  • Bakı Haqqında Mahnı
  • Bakının Ulduzları
  • Əlvida
  • Evləri Var Xana Xana
  • Əziz Şəhər
  • Gəlmədin
  • Gül Oğlan
  • Halvacı
  • Həzin Mahnı
  • Idet Vesna Po Apsheronu
  • Canım Bakı
  • Hardadır O Yar
  • Bakı 1
  • Bakı 2
  • Ey Sevincim
  • Gözəl Paytaxt
  • Ana
  • Azərbaycanım
  • Əhdimi İnan Var
  • Allegro
  • Amor Por Ti
  • Ariozo Lenskoqo
  • Əsgər'in mahnısı/aryası
  • Rudolf'un mahnısı/aryası
  • Azərbaycan 2
  • Badamlı
  • Bahar Sənsiz
  • Balaşın mahnısı/aryası
  • Bayatılar
  • Cvetok Ispanil
  • Djorona
  • Firuzə
  • Qalalı (Şuşalı)
  • Gözəlim Sənsən
  • Gülə Bilməz Bahar Sənsiz
  • İlk Görüş
  • Kəklik
  • Üzüyümün Qaşı
  • Vals
  • Can Bakı
  • Avara
  • Can Oyna
  • Əziz Surat
  • İnsan
  • Küçələrə su səpmişəm
  • Ləbu-ləb
  • Qızıl Üzük
  • Romeo Mənim Qonşumdur
  • Sənsiz
  • Sevgi Mahnısı
  • Sevgilim
  • Yadıma Sən Düşərsən

Filmoqrafiya

İstinadlar

  1. Музыкальная энциклопедия (rus.). / под ред. Ю. В. Келдыш Москва: Советская энциклопедия, Советский композитор, 1973. Т. 1.
  2. Бейбутов Рашид Маджид оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Bibliothèque nationale de France Rašid Bejbutov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. "Kayzen.az – Böyük musiqiçilər: Rəşid Behbudov". 2011-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-10.
  5. AzərTAc. "Rəşid Behbudovun xatirəsi anılıb" (az.). Youtube.com. 09.06.2018. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
  6. "Arxivlənmiş surət". 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  7. "Arxivlənmiş surət". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  8. "Arxivlənmiş surət". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  9. SSRİ Xalq artisti R. M. Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  10. "Указ Президиума Верховного Совета Грузинской ССР о присвоении почетного звания заслуженного деятеля искусств Грузинской ССР тов. Бейбутову Р.М." (PDF) (rus). 1977. 10 iyun 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 iyun 2021.
  11. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az
  12. Rəşid Behbudovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1995-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  13. "Arxivlənmiş surət". 2016-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  14. İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine. president.az, 18.11.2016  (az.)

Xarici keçidlər

Kitablar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.