Rəşad Nəbiyev

Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Bakı) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021),[1] Azərkosmos ASC-nin sədri (2011–2021).[2]

Rəşad Nəbiyev
Vəzifədədir
11 oktyabr 2021-ciildən
(i.e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
ƏvvəlkiVəzifə təsis edildi
Vəzifədədir
1 noyabr 2021-ciildən
ƏvvəlkiRövnəq Abdullayev
26 yanvar 2021 11 oktyabr 2021
Prezidentİlham Əliyev
ƏvvəlkiRamin Quluzadə
SonrakıVəzifə ləğv edildi
24 yanvar 2011 26 yanvar 2021
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1977(1977-08-26) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti iqtisadçı

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Karyera

1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.

2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır.

2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.[3]

2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır.[4]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir.

Təhsil

1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.[5]

Təltiflər

Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.