Rəşad Mahmudov

Rəşad Məmmədqulu oğlu Mahmudov (18 yanvar 1974, Astara rayonu) — millət vəkili[1], Milli Məclisinin VI çağırış deputati, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi (2014).

Rəşad Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi 18 yanvar 1974(1974-01-18) (50 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi tibb
Elmi dərəcəsi

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar həkimi "Qızıl çinar" beynəlxalq mükafatı
ahha.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. 1980–1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxumuşdur. 1991–1997-ci illərdə 9 Eylül Universitetinin Tibb fakültəsində ali təhsil almışdır. 1997–2003-cü illərdə Türkiyə Respublikası Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxumuşdur. 2003-cü ildə Türkiyə Respublikası Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi, 2007–2015-ci illərdə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.

1997–2004-cü illərdə Türkiyə Respublikası "Ege Universiteti"nin ürək-damar cərrahiyəsi mərkəzində, 2004–2005-ci illərdə isə Türkiyə Respublikası Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir. 2005–2017-ci illərdə Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017–2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

2018-ci ildən hal-hazıra qədər Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.

Elmi fəaliyyəti

Azərbaycanda və xaricdə 75-dən çox çap olunmuş elmi məqalənin müəllifidir.

1999-cu ildə Türkiyədə çap olunmuş "Aort Cərrahiyəsi" kitabının və 2014-cü ildə İtalyada çap olunmuş "Trikuspid Qapaq Cərrahiyyəsi" kitabının həmmüəllifdir.

2005-ci ildə xaricdə keçirilən 50-dən çox beynəlxalq konfransda iştirakçı olmuşdur. 2006-cı ildən etibarən R. Mahmudov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox beynəlxalq , regional konfransların təşkilinə rəhbərlik etmiş və 35-dən çox elmi məqalələrin tərtibatçısı olmuşdur. 

20–22 noyabr 2014-cü il tarixləri arasında "20 Noyabr Ümumdünya Uşaqlar Günü"nə həsr olunmuş "Children's hearts beat in Azerbaijan" (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında "Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə, Azərbaycan Respublikası Səhiyyə NazirliyininHeydər Əliyev Mərkəzinin təşkilati dəstəyi keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda dörd qitəni (Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları iştirak etmişdir. Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycanda ilk dəfə olaraq ürək-damar xəstəliklərinə aid "Ürəklər susmasın" adlı sosial öhdəlikli video çarx hazırlanmış və konfransın rəsmi tədbirində nümayiş edilmişdir.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası

Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və texniki təchizatdan sonra açılışı

7 sentyabr 2005 tarixində Azərbaycan səhiyyəsinin inkişafında xüsusi rol oynamış nadir səhiyyə təşkilatçısı mərhum professor, o vaxtkı Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işləmiş Fəxrəddin Cavodovun təşəbbüsü, onun bilavasitə təşkilatçılığı və rəhbərliyi altında, habelə Raşad Mahmudovun, MNX-nın həkim-cərrahı Qulam Rüstəmzadənin yaxın iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası" təsis edilmişdir. Bu Assosiyasıyanın sədri vəzifəsinə də o zaman məhz doktor Rəşad Mahmudov layiq görülmüşdür. Daha sonra, 2010-cu ildə həmin İctimai birliyinin adı dəyişdirilərək, "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" adlandırılmışdır.

Mükafatlar

Siyasi fəaliyyəti

2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.

2020-ci il Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.