Rıdvan Dilmen

Rıdvan DilmenFənərbaxça və Türk milli futbol komandası üçün xüsusi qeyd edilməli veteran Türk futbolçudur. Karyerası ərzində Rıdvan Türk Super Liqasının ən təcrübəli oyunçularından biri halına gəldi. O ya hücumçu-yarımmüdafiəçi, ya da kənar və hücumçu mövqesində oynayırdı. Onun xoşuna gəlməməsinə baxmayaraq, çox sayda məqamda ona "Şeytan Rıdvan" ("Rıdvan Şeytan") ləqəbi verilmişdir. Rıdvan bir oyunçu kimi təqaüdçü olduqdan sonra bir sıra komandalarda məşqçilik etmişdir. Məşqçilik karyerasının sonunda isə Rıdvan Dilmən rəngli şərhçi, analitik və idman yazarı kimi fəaliyyətinə davam etməkdədir.

Rıdvan Dilmen
türk. Rıdvan Dilmen
Ümumi məlumatlar
Doğum tarixi 15 avqust 1962(1962-08-15)[1] (61 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol karyerası

Dilmen, 1977-ci ildə Sümerspor ilə debüt etdi. 1979-cu ildə 25 oyunluq müqaviləylə Muğlaspor'a transfer oldu və 1980-1983 illəri arasında Boluspor üçün futbol oynayarkən məşhurlaşdı. 1983-1987-ci illərdə Sarıyer üçün oynadıqdan sonra Fənərbaxçaya imza atdı və uşaqlıq xəyalını yerinə yetirdi.

Fənərbaxçanın 36 oyunda 103 qolla çempion olduğu 1988-89 Türkiyə Liqası mövsümünün əsas aktyorlarından biri idi. 1988-1989 mövsümündə 19 qol vurdu və 41 asist etdi. 1990-cı ildə Serbiyalı müdafiəçi Miodrag Ješić tərəfindən Trabzonspora qarşı oyuda yaralanandan sonra zədəsi tam bərpa edilmədi. Rıdvan davamlı yaralanmalardan ötəri gözləntiləri yerinə yetirə bilməmişdir. Ağrılı illərdən sonra 1994-cü ildə təqaüdə çıxdı. O, yalnız Fənərbaxça üçün deyil, Türk futbolu üçün simvolik oyunçulardan biridir. Nadir hallarda böyük beynəlxalq turnirlərdə özünü sübut etmək şansına malik olması, Rıdvanın dünya miqyasında tanınmamasının səbəbi idi. 80-ci illərdə oynadığı türk milli komandası ümidverici futbol oynamırdı, və Fənərbaxçanın Avropa klubları arasındakı statusu çox aşağı idi.

Dilmen 1984-cü ildən 1992-ci ilə qədər Türkiyənin milli futbol komandası üçün 24 oyuna çıxdı

Baş məşqçilik karyerası

Karyerasında yeni bir səhifə açan Rıdvan, Vanspor, Konyaspor, Altay, Karşıyaka, AdanasporFənərbaxçanın texniki direktoru oldu.

1996-97 mövsümündə Əli Şenin tələbi ilə Fənərbaxçada menecer vəzifəsini icra etməyə başladı. Mövsüm sonunda vəzifədən alındı. 1998-99 mövsümündə Türkiyə 2. Futbol Liqasında Vanspor'un başına keçdi, Van komandasını çempion edib Super Liqaya daşıdı. 1999- 00 mövsümündə Fənərbaxça baş məşqçisi təyin edildi. Ancaq təəssüf ki, Fənərbaxçanın UEFA kubokunun erkən mərhələsindən kənarda qaldığı üçün vəzifəsindən istefa etdi.

Sonra Altay ilə müqavilə imzaladı. Altaydakı uğursuzluğunun nəticəsi olaraq istefa etdi.

2001-2002 mövsümündə Adanasporda,2003 mövsümündə Karşıyakada alınan uğursuzluqlar səbəbi ilə ayrılmaq məcburiyyətində qaldı. .

İstinadlar

  1. Ridvan Dilmen // Transfermarkt (çd.). 2000.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.