Rüstəm xan Pörnək-Türkman
Rüstəm xan Pırbudaq xan oğlu Pörnək-Türkman (?-1643) — Təbriz bəylərbəyi.
Rüstəm xan Türkman | |
---|---|
1635 – 1643 | |
Əvvəlki | II Pirbudaq xan Türkman |
Sonrakı | II Pirbudaq xan Türkman |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti |
Fəaliyyəti | hərbi lider[d] |
Həyatı
I Pirbudaq xanın ikinci oğlu Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana (Təbriz bəylərbəyliyi) bəylərbəyi təyin edilmişdi.
XVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Pörnək-Türkman Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü.
Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə Isfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə Osmanlılardan min nəfəri yaraladılar. Ilk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksək rütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfəvinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar. O cümlədən Çuxursəd əmir-ül-ümərasının qardaşı Qacar qorçularının yüzbaşısı Hüseynəli bəy və bir çox başqa əmirlər vuruşmada səhlənkarlıq etdikləri üçün şahın əmri ilə öldürüldülər. Səfəvilərin orduda yaratdıqları ciddi intizam uğurlarına çox böyük təsir etdi. Nəhayət, Van qalası ətrafında vuruşmada Osmanlı ordusu məğlub olub, Qarsa tərəf geri çəkildilər.
II Şah Abbas 1643-cü ildə Rüstəm xanı vəzifədən çıxarıb öldürdü.
Ailəsi
Rüstəm xanın Səfiqulu xan, Bicən sultan, Tağı sultan adlı oğulları vardı.