Rüstəm bəy Kərimbəyov

Məhəmməd bəy SüleymanbəyovLənkəran qəzası rəisi (1919–1920).

Rüstəm bəy Kərimbəyov
Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov
23 oktyabr 1919 19 aprel 1920
SonrakıAdil bəy Kəngərlinski
Balaxanı Sabunçu Polismeystri
21 aprel 1920 28 aprel 1920
ƏvvəlkiRüstəm bəy Mirzəyev

Rüstəm bəy (ağa) Heybət bəy oğlu Kərimbəyov 1878-ci ildə Quba qəzasında anadan olmuşdu. Quba qəza polisində kiçik rütbədə polis məmuru vəzifəsində işə başlamış, sonra polis pristavı və Quba qəza rəisinin böyük köməkçisi (1-ci müavini) olmuşdu. Rüstəm bəy 1919-cu ildə Cavad qəza rəisinin də böyük köməkçisi vəzifəsində xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri N. Yusifbəylinin 23 oktyabr 1919-cu il tarixli 156 nömrəli əmri ilə Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov tutduğu vəzifədən azad olunaraq, xidmətdə irəli çəkilmiş və Bakı quberniyasının Lənkəran qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə aylıq əmək haqqı 3.000 min manat olmaqla) təyin olunmuşdu. O, bu vəzifədə 1920-ci il aprelin 19-dək işləmişdi. Rüstəm bəy Kərimbəyov daxili işlər naziri əvəzi Şəfi bəy Rüstəmbəylinin əmr-teleqramı ilə sonuncu tarixdən tutduğu vəzifəsindən azad olunaraq Bakıya- DİNin sərəncamına çağırılmışdı. Bakının general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın təqdimatı üzrə cəmi 1 gün sonra, Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilovun 21 aprel 1920-ci il tarixli 60 nömrəli əmri ilə R. Kərimbəyov yenə xidmətdə irəli çəkilərək polkovnik Rüstəm bəy Mirzəyevin yerinə Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. Rüstəm bəy Kərimbəyov Balaxanı-Sabunçu polismeysteri vəzifəsində Azərbaycanda sovet hakimiyyəti qurulanadək (28 aprel 1920) xidmət göstərmişdi. [1]

İstinadlar

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.