Rüstəm Rüstəmov (aktyor)

Rüstəm RüstəmovAzərbaycan aktyoru.

Rüstəm Rüstəmov
Rüstəm Qərib oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1987-ci ildən bu günə kimi

Həyatı

Rüstəm Qərib oğlu Rüstəmov 11.12.1961-ci ildə Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 1968-1978ci illərdə Bakıda, Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbdə təhsil almışdır. 1980-1982 Hərbi xidmətdə olmuşdur. 1983-1987ci illərdə M. Əliyev adına Azərbaycan dövlət İncəsənət İnstitutunun “Dram və Kino aktyoru” fakültəsində təhsil almışdır. İnstitut illərində bir çox tamaşalarda rol almışdır. 1987-1989cu illərdə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1989-1995ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında , 1995-1998ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. 2013-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Ailəlidir. Bir övladı var.

Mükafatları

10 may 2022-ci ildə[1] və 6 may 2023-cü ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Nazim)
  2. Dəfnə ağacı (teleserial, 2016) (bədii serial) (rol: Talıb)
  3. Lal yuxu (teleserial, 2017)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.