Rüstəm İbrahimbəyov-70 (film, 2009)
Rüstəm İbrahimbəyov-70 – Xalq yazıçısı, dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyov haqqında çəkilmiş film.
Rüstəm İbrahimbəyov-70 | |
---|---|
Rejissor | Cahangir Mehdiyev |
İlk baxış tarixi | 2009 |
Müddət | dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan |
Çəkiliş yeri | Azərbaycan və bir sıra ölkələr |
Rüstəm İbrahimbəyov-70 adlanan filmi rejissor Cahangir Mehdiyev ekranlaşdırıb. Filmin çəkilişləri Azərbaycanda və bir sıra ölkələrdə aparılıb.
Rüstəm İbrahimbəyov-70 filmində Rüstəm İbrahimbəyovun beynəlxalq nüfuzu və Azərbaycan kinematoqrafına verdiyi əvəzsiz xidmətləri barədə bəhs olunur. Filmdə Rüstəm İbrahimbəyov İbrus teatrında səhnələşdirdiyi tamaşaların məşqləri, ekranlaşdırdığı filmlərin çəkiliş prosesləri ilə yanaşı ailə başçısı kimi tamaşaçı qarşısına çıxıb.
Filmdə Azərbaycanın, eləcə də bir sıra xarici ölkələrin tanınmış şəxsiyyətlərinin təbrikləri yer alıb.
Mənbə
- Rüstəm İbrahimbəyov haqqında film çəkilib Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.