Rüqəyya binti Məhəmməd

Rüqəyya binti Məhəmməd (ərəb. رقية بنت محمد, 598[1][1] və ya 601, Məkkə[1][1][…]14 mart 624, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı.

Rüqəyya binti Məhəmməd
ərəb. رُقَيَّة بِنْت مُحَمَّد
Doğum tarixi 598[1][1] və ya 601
Doğum yeri
Vəfat tarixi 14 mart 624
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşları
Atası Məhəmməd[2][3]
Anası Xədicə[2][3]

Bioqrafiyası

Rüqəyya Məhəmmədin təxminən 33 yaşı olanda anadan olmuşdur. Hələ atasının peyğəmbərlik missiyasına başlamamışdan əvvəl o, Əbu Ləhəbin oğlu Utbə ilə nişanlanmışdır. Məhəmmədin xütbələri başlayandan sonra Əbu Ləhəb oğlunun nikah müqaviləsini ləğv etməkdə israr edir, bundan sonra Məhəmməd qızını Osman ibn Əffana ərə verir.

Osmanla birlikdə Rüqəyya Efiopiyaya mühacirət etmişdir. Orada rəvayətlərə görə 6 yaşında vəfat edən oğlu Abdullanı dünyaya gətirir. Efiopiyadan Məkkəyə qayıdaraq Mədinəyə hicrət edir.

Bədr döyüşü ərəfəsində Ruüqəyya ağır xəstələnir və peyğəmbər Osmanın xəstə arvadının yanında qalmasına icazə verir. O, müsəlmanların qələbəsi xəbəri Mədinəyə çatdıqdan sonra vəfat etmişdir. O, Məscidül-Nəbi yaxınlığındakı Bəqi qəbiristanlığında dəfn edilib. Rüqəyyanın vəfatından sonra Məhəmməd peyğəmbər ikinci qızı Ümmü Gülsümü Osmana ərə vermişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.