Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb
Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır[1].
İstinadlar
- "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 187-188.
Ədəbiyyat
- "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 116-122.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.