Röyal Ələkbərov
Röyal Ələkbərov (tam adı: Röyal Fərmail oğlu Ələkbərov, 23 iyun 1994; Qıvraq, Kəngərli, Naxçıvan MR – 16 oktyabr, 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Röyal Ələkbərov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qıvraq, Kəngərli, Naxçıvan MR |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Cəbrayıl |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2015-2020 |
Rütbəsi | Baş leytenant |
Vəzifəsi |
taqım komandiri (2015-2018) bölük komandiri (2018-2020) |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur.[2] 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidməti
2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin taqım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.[3]
Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5] (24.06.2021) “Cəsur döyüşcü” medalı ( ölümündən sonra) (05.11.2021) 3 cü dərəcəli “Rəşadət” ordeni ( ölümündən sonra) təltif olunub
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
(24.06.2021) - “Cəsur döyüşçü’’ medalı (ölümündən sonra) (05.11.2021) - 3 cü dərəcəli “ Rəşadət” ordeni(ölümündən sonra)
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2021-01-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 yanvar 2021.
- Real TV. "Baş leytenant məzarı başında yad edildi" (az.). Youtube.com. 23.06.2021. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- "Naxçıvan şəhidi Ələkbərov Röyal Fərmail oğlu". naxcivanshehidleri.az (az.). İstifadə tarixi: 11 yanvar 2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.