Rövşən Vəlixanov

Rövşən Aydın oğlu Vəlixanov (15 oktyabr 1994; Qaraxanlı, Tovuz rayonu — 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Rövşən Vəlixanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaraxanlı, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Qaraxanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012—2014; 2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Murovdağ döyüşləri

Həyatı

Rövşən Vəlixanov 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub.[1] 2001–2012-ci illərdə F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Rövşən Vəlixanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.[2] Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib.[3] Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.

İstinadlar

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. ""Arzuladığı ucalığa qovuşan şəhid Rövşən Vəlixanov - VİDEO"" (az.). www.milli.az. 2021-01-04. İstifadə tarixi: 2021-04-01.
  3. ""Tovuz Şəhidini belə uğurladı: Rövşən Vəlixanovun adı itkin siyahısında idi VİDEO"" (az.). www.musavat.com. 2020-12-18. İstifadə tarixi: 2021-04-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.