Rövşən Rüstəmov (20 Yanvar şəhidi)
Rövşən Rüstəmov (tam adı: Rövşən Məmməd oğlu Rüstəmov; 28 avqust 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Rövşən Rüstəmov | |
---|---|
Rövşən Məmməd oğlu Rüstəmov | |
Doğum tarixi | 28 avqust 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Atası | Məmməd |
Anası | Əminə |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
Rövşən Rüstəmov 1961-ci ildə Bakıda anadan olmuşdur. 204 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə işləmişdir.[2]
Bibisi qızı Ziyafət Rüstəmova ilə ailə həyatı qurmuş, ailə həyatından 2 qızı (Güney, Leyla) və 1 oğlu (Elnur) yadigar qalmışdır.[3]
Şəhid olması
Həyat yoldaşı Ziyafət Rüstəmovanın sözlərinə görə, Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə oturduğu "Tatra" maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Bundan sonra, maşında birgə olan dostları təcili yardım maşınını çağırmış, təcili yardım maşınına yerləşdirərkən onu yerləşdirən həkim dubinka ilə əlindən zərbə almışdır. Bununla belə, təcili yardım maşını Rövşəni 03:40-da Çaparadze adına xəstəxanaya yerləşdirməyə müvəffəq olmuşdur. Sinəsinin sağ tərəfində çoxsaylı güllə yarası olmuşdur (Həyat yoldaşı Ziyafət Rüstəmovanın sözlərinə görə, vəfat etdikdən sonra ekspertiza bədənindən 32 güllə yarası çıxarılmışdır). Səhər saat 9.20-də vəfat etmişdir.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qalereya
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.