Rövşən Rüstəmov
Rövşən Rüstəmov (6 oktyabr 1980, Cəfərli, İmişli rayonu) — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[3][4]
Rövşən Rüstəmov | |
---|---|
Rövşən Mürvət oğlu Rüstəmov | |
Vəzifədədir | |
26 oktyabr 2022-ci ildən | |
Əvvəlki | Cavid Qurbanov |
Vəzifədədir | |
1 noyabr 2021-ci ildən | |
Prezident | Rəşad Nəbiyev |
14 iyun 2021 – 26 oktyabr 2022 | |
Nazir | Rəşad Nəbiyev |
4 iyun 2018 – 14 iyun 2021 | |
Sədr | Rəşad Nəbiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1980 (43 yaş) |
Doğum yeri | |
Təhsili |
Biznesin Davamlılığı İnstitutu (2014) Dövlət İdarəçilik Akademiyası (1997–2003) |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru[1] |
|
|
Təltifləri | [2] |
Həyatı
Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.
1997–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
2007-ci ildə dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.[1]
2004–2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (en:Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.[5]
Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.[6]
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 oktyabr sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.[3]
Mükafatları
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.[7]
2024-cü ildə Rövşən Rüstəmov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.[2]
İstinadlar
- "Aqrar iqtisadçı alimlər" (PDF) (az.). 297–298. 5 iyul 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may 2023.
- "Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat sahəsində çalışan bir qrup əməkdaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilib. Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənləri təbrik edirik" (az.). İstifadə tarixi: 29 mart 2024.
- "R.M.Rüstəmovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 9 Dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2023.
- "Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?". Qafqazinfo (az.). 26 oktyabr 2022. 27 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2023.
- "R.M.Rüstəmovun "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilməsi haqqında". e-qanun.az (az.). 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2023.
- "Azərbaycan Respublikası ilə Liviya arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında". e-qanun.az. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2023.
- "Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat sahəsində çalışan bir qrup əməkdaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilib. Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənləri təbrik edirik". facebook.com (az.).