Rövşən Nicat
Əliyev Rövşən Aslan oğlu (Rövşən Nicat; 1968, İmişli rayonu) — azərbaycanlı rejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür.
Rövşən Nicat | |
---|---|
Rövşən Aslan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Xoşçobanlı, İmişli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası |
rejissor aktyor |
Təhsili | Bakı Mədəni Maarif Məktəbi, A.Mittanın Kino Məktəbi |
Fəaliyyəti |
1992-2014 AzTv-rejissor, 2007-2008 İnterAz Tv-rejissor, 2008-2010 "Mozalan" kinojurnalı-quruluşçu rejissor, 2011-2013 LidrTv -layihə rəhbəri, 2013-2015 Premier Prodakşn- bədii rəhbər, 2015- Aran Film Prodakşn- baş direktor, 2016-Motiv Film Məktəbi-təsisçi,müəllim 2019-AzTV-rejissor |
Fəaliyyət illəri | 1992-indiyə kimi |
Mükafatları |
BTMT-"TÜRKSOY"-Diplom (2012) "Bakı Gecələri" musiqi festivalı- Diplom (2009) |
Həyatı
Rövşən Nicat 1968-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 1975-1985-ci illərdə rayonun 34 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Mədəni Maarif Məktəbinə qəbul olub (1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət edib), 1990-cı ildə məktəbin Ədəbi-dram fakültəsini rejissor ixtisası üzrə bitirib. 1990-1992-ci illər təyinatla Baki Sovet Ticarəti Texnikumunda dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib.
1992-ci ildə Azərbaycan Dövlət Televiziyasınin "Səhər" kanalına rejissor assistenti, 1993-cü ildən isə televiziyanın "Hərbi proqramlar" redaksiyasına rejissor təyin olunub. Qarabağ döyüşlərində reportyor kimi fəaliyyət göstərib. 2000-ci ildən televiziyanın "Maarifçilik" redaksiyasına rejissor təyin olunub. Onlarla televiziya verişinin ideya müəllifi və rejissoru olub.
2009-ci ildən dahi rus kino rejissoru Aleksandr Mittanın kino məktəbinin kursantıdır. Mütəmadi olaraq Aleksandr Mitta, Mark Trevis, Nikita Mixalkov, Aleksandr Qordon, Vitali Manskiy, Aleksandr Kuznetsov, Nil Landau, Aleksandr Kaurıx, Piter Vebber, Dmitri Astraxan kimi dünya şöhrətli rejissorlardan ustad dərsləri alıb. 2014-cü ildə Moskva şəhərində məktəbin dəvətilə gəlmiş amerikalı rejissor-ssenarist professor Riçard Krevolinin "İdeyadan ssenariyə 5 addım" tədris metodikası üzrə təhsil alıb və beynəlxalq seftifikata layiq görülüb.
"Azərbaycantelefilm" yaradıcılıq birliyinin sifafişilə bir necə bədii-sənədli filmlərin quruluşçu rejissoru olub. Onlarla kliplərin , sosial və reklam çarxlarının müəllifidir.
2008-2010-ci illər ərzində "MOZALAN" kinojurnalında dörd qısametrajlı filmə quruluş verib.
2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə cəkdiyi "Sarı gəlin" tarixi-sənədli filminə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı "TÜRKSOY"un mükafatı və təşəkkür diplomu ilə təltif olunub.
Bəstəkar kimi vətənpərvərlik mövzusunda bəstələdiyi " Mərdlərimiz amanatı a dağlar", "Vətən", " Mərd əsgərlərik ,, kimi bir çox mahnılar müharbə dövründə dillər əzbəri olub. Sonralar digər mövzulara da müraciət edib. 2009-cu ildə "Bakı gecələri" festivalında ,,Səni gözləyirəm" mahnısına görə iki nominasiyada (ən yaxşı ifa və ən yaxşı şair ) diplomlara layiq görülüb.
2015-ci ildən Bakı şəhərində ARAN FİLM Productiona rəhbərlik edir.
2016-cı ildə "MOTİV FİLM" məktəbini təsis edib. Pedaqoq kimi onlarla tələbələrə kinomatoqrafiyanın sirrlərini oyrədir.
2019-cu ildən Azərbaycantelefilm yaradıcılıq birliyində rejissor vəzifəsində çalışır.
Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Jurnalist Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin uzvüdür.
Evlidir. 2 oğlu var.
Filmoqrafiya
- Toydan sonra (film, 2009) — qısametrajlı
- Yas mərasimi (film, 2009) — qısametrajlı
- Heyrəti (film, 2010) — qısametrajlı
- Xəstə (film, 2010) — qısametrajlı
- Sarı Gəlin (2011) — sənədli film
- Mən bir Turan yolçusuyam (2011) — Əhməd Cavad haqqında bədii-sənədli film
- Hərbi marşlar tarixi (2012) — sənədli film
- Haputlar (2006)-sənədli film
- Gəncə gizlinləri (2007)- sənədli film
- Mehriban nənəm (2015) — sənədli film
- Ömür yolu (2015) — sənədli film
- Baharın son günü (2016) — sənədli film
- Qrabağ üsyanı (2020)-sənədli film
- Qaranlığın rəngləri (2019) sənədli film
- Hədiyyə (2021) etnoqrafik film.
- Evimizin yuxusu (2022) sənədli film
- Şəfalı xatirələr (2022) sənədli film
- Kətan, Vətən (2023) sənədli film
- Komandan (2023) sənədli film
İstinadlar
Ədəbiyyat
- Məhərrəmova, T. "Sarı gəlin" filmi bir sualdır: [Beynəlxalq Muğam Mərkəzində "Ankaf” şirkətinin istehsal etdiyi eyniadlı filmin rejissoru Rövşən Nicat ilə Təranə Məhərrəmovanın müsahibəsi] //Kaspi.-2012.-15 iyun.-S.16.
- Nicat, R. "Nənən ölsün, sarı gəlin": "Sarı gəlin" mahnısı rəsmi şəkildə türk dünyasının himninə çevrilməlidir”: [eyniadlı sənədli filmin rejissoru Rövşən Nicat ilə Səlimqızı Cəvahirin söhbəti] //Mərkəz.- 2012.- 14 iyun.- S. 14.
- Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir: Rövşən Nicat ilə Sevinc Fədainin söhbəti// Xeber365.-2016.-10 aprel.