Rövşən Camalov

Rövşən Saleh oğlu Camalov - şəhid. "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Bəhruz Camalovun kiçik qardaşı. Kərbəlayi Miralılar nəslindəndir.

Rövşən Camalov
Rövşən Saleh oğlu Camalov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Seyidli kəndi, Azərbaycan SSR
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Ağdam rayonu
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bakı, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1991-1994
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuşdur. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olunmuşdur. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyub canından artıq sevdiyi vətəninin müdafiəsinə qalxmışdır.

Döyüş yolu

Rövşən Camalovun ilk döyüş yolu Yaqub Rzayevin yaratdığı Ağdam rayonunun özünümüdafiə dəstəsindən başlayır. Sonralar o, Azərbaycanın ilk çağırışçısı olaraq Milli Ordumuzun qurucularından biri, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı ilk nizami özünümüdafiə batalyonunda qulluq etmiş, bölük komandiri olmuşdur. O, döyüş yoldaşları arasında “General Ərşad” adı ilə tanınan şəhid Ərşad Nadirovun komandir olduğu batalyonda da döyüşmüşdür.

Rövşən Camalov Şelli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq yaralı döyüş yoldaşının həyatını xilas edə bilmişdir. Rövşən yarası tam sağalmamış yenidən silahdaşlarının yanına qayıtmış, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Rövşən Camalov 31 dekabr 1993-cü ildə Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə Rövşən Camalov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.