Qvido Adler

Qvido Adler (alm. Guido Adler; 1 noyabr 1855[1][2][…], İvançise[d][3][4]15 fevral 1941[2][5][…], Vyana[4]) — Avstriya musiqi tarixçisi. Müasir Avropa musiqişünaslığının banilərindən biri. İşlərinə musiqi tarixinin metodologiyası, musiqi üslubları nəzəriyyəsi, estetika üzrə materiallar aiddir. O, "musiqişünaslıq" (Musikwissenschaft) terminini təqdim etmiş və müasir dövrdə ilk dəfə olaraq bu konsepsiyanı əsaslandırmışdır.[6]

Qvido Adler
alm. Guido Adler
Doğum tarixi 1 noyabr 1855(1855-11-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 fevral 1941(1941-02-15)[2][5][…] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Elm sahəsi musiqişünaslıq
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

Avstriya və dünya musiqi tarixinə dair əsərlərin müəllifi olmuş Qvido Adler tarixi və sistemli musiqişünaslığı ilk dəfə fərqləndirənlərdən biri olmuşdur. O, Qustav Malerin ilk bioqrafı olmuşdur. Əsas əsərlər arasında var:[7]

  • «Eine Studie zur Geschichte der Harmonie» (1881);
  • «Die Wiederholung und Nachahmung in der Mehrstimmigkeit» (1886);
  • «Ein Satz eines unbekannten Beethovemschen Klavierkoncerts» (1888);
  • «Der Stil in der Musik» (1911);
  • «Gustav Maler» (1916);
  • «Methode der Musikgeschichte» (1919).

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Guido Adler // Encyclopædia Britannica (ing.).
  3. Digitalizované pobytové přihlášky pražského policejního ředitelství (konskripce) 1850-1914.
  4. Vědecká knihovna v Olomouci Guido Adler // REGO (çeş.).
  5. Guido Adler // Brockhauz Ensiklopediyası (alm.).
  6. Musica: geistliche und weltliche Musik des Mittelalters, hrsg. v. Vera Minazzi u. Cesarino Ruini. Freiburg; Basel; Wien: Herder, 2011, S.42. ISBN 978-3-451-32416-1.
  7. Акопян Л. О. Музыка XX века: энциклопедический словарь (2500 nüs.). М.: «Практика». Научный редактор Двоскина Е. М. 2010. 20. ISBN 978-5-89816-092-0.

Əlavə ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.