Qvardiya
Qvardiya - imtiyazlı seçmə qoşun hissəsi.
Qədim Şərq ölkələrində meydana gəlmişdir. Daha çox Əhəmənilər dövlətində (10 minlik "ölməzlər" korpusu) və Qədim Romada (pretorianlar) inkişaf etmişdir. XII əsrdə İtaliyada meydana gələn "qvardiya" anlayışı dövlət bayrağını mühafizə edən seçmə dəstə mənasını verirdi. Qvardiya xüsusilə Fransa, İngiltərə, İsveç, Rusiya, Prussiya və s. monarxiya ölkələrində mövcud olmuşdu. Orta əsrlərdə Şərqdə qvardiya rolunu monarxların keşikçiləri, muzdlulardan və qullardan ibarət seçmə hissələr oynayırdılar. Onlar Bağdad xəlifələrinin və Böyük Moğolların qvardiyaları, habelə Misir hökmdarlarının məmlükləri və Osmanlı sultanlarının yeniçəriləri idilər.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.