Qvadelupa adası

Quadelupa adası (isp. Isla Guadalupe) — vulkan mənşəli ada. İnzibati baxımdan Meksikanın Aşağı Kaliforniya ştatı Ensenada vahidliyinə daxildir. Adanın poç indeksi — 22997.

Quadelupa adası
isp. Isla Guadalupe
Ümumi məlumatlar
Sahəsi 244 km²
Uzunluğu
  • 35 km
Eni 9,5 km
Hündür nöqtəsi 1298 m
Əhalisi 150 nəfər (2008-ci il)
Yerləşməsi
29°01′42″ şm. e. 118°17′30″ q. u.
Ölkə  Meksika
Akvatoriya
Quadelupa adası xəritədə
Quadelupa adası
Quadelupa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Ada Aşağı Kaliforniya ştatı sahillərindən 241 km qərbdə yerləşir. Ensenada şəhərindən məsafə isə 400 km-dir. Ada iki vulkandan ibarətdir. Şimalında yerləşən vulkan daha gənc və hündürdür. Adanın uzunluğu (şimaldan cənuba) 35 km, eni 9,5 km təşkil edir. Ümumi sahəsi 244 km² bərabərdir. Adada bir sıra silsilələr vardır. Onların ən hündürü okean səviyyəsimdən 1298 metr gündürlüyə malikdir. Adanın şimalında yeləşir (Avqusta dağı) və 975 metr hündürlüyə malik dağ isə cənubundadır (El-Pikaço).

Ekologiya

XIX əsrin əvvəllərində balinasuiti ovçusu olan ruslar adaya keçi gətirmişlər. Sonradan onlar adanın bütün bitki örtüyünü məhv etmişlər. Ada 1928-ci ilin 16 avqust tarixində milli park elan edilmişdir (bu Meksikanın ən qədim qoruğudur). Adadan keçilərin köçürülməsi tam olaraq 2005-ci ildə başa çatmışdır.

Adada yayılmış iri endemik canlılar:

  • Qvadelupa dəniz pişiyi (Arctocephalus townsendi)
  • Salpinctes obsoletus guadalupensis
  • Carpodacus mexicanus amplus
  • Junco hyemalis insularis

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.